Kreditor borc üzrə mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Mandarin.az Kreditor borc üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Kreditor borc üzrə mühasibin vəzifə funksiyaları:

  • Şirkətə təchizatçılardan daxil olan hesab-fakturaların (invoysların) daxili siyasət və prosedurların tələblərinə uyğun emal etmək
  • Şirkətə təchizatçılardan daxil olan hesab-fakturaların (invoysların) imzalanmış müvafiq müqavilələrin şərtlərinə uyğunluğunu yoxlamaq
  • Şirkətə təchizatçılardan daxil olan hesab-fakturalara (invoyslara) aid olan ilkin təsdiqedici sənədlərin olub-olmamasını yoxlamaq: malların/xidmətlərin imzalanmış və təsdiqlənmiş Təhvil-Təslim Aktları, elektron qaimə-fakturalar, YGB-ləri, mallarla bağlı nəqliyyat və sığorta sənədləri və s.
  • Şirkətə təchizatçılardan daxil olan hesab-fakturalara (invoyslara) aid olan ilkin təsdiqedici sənədlərin qanunvericiliyin, şirkətin daxili siyasət və prosedurlarının tələblərinə uyğun rəsmiləşdirilməsinin və tərtib olunmasının yoxlanılması
  • Şirkətə təchizatçılardan daxil olan hesab-fakturalara (invoyslara) aid olan bütün sənədlərin aidiyyatı şəxslər tərəfindən imzalanmasını yoxlamaq
  • Şirkətə təchizatçılardan daxil olan hesab-fakturaların (invoysların) daxili siyasət və prosedurlarla tənzimlənən zaman çərçivəsində emal olunmasını təmin etmək
  • Şirkətə təchizatçılardan daxil olan hesab-fakturalarda (invoyslarda) göstərilən vergi, digər icbari yığım və ödəniş məbləğlərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunu, düzgün hesablandığını yoxlamaq və təsdiqləmək
  • Yalnız bütün təsdiqedici sənədlər yığıldıdqan, təchizatçılardan daxil olan hesab-fakturaların (invoysların) daxili siyasət və prosedurların tələblərinə uyğun emal prosesi tamamlandıqdan sonra müvafiq mühasibat müxabirləşmələrini işləyərək şirkətin mühasibat kitablarında kreditor borcun zamanında tanınmasını təmin etmək
  • Şirkətin daxili siyasət və prosedurların tələblərinə uyğun təchizatçılarla vaxt-aşırı kreditor borcların üzləşdirilməsini təmin etmək və müvafiq aktlarla rəsmiləşdirmək
    Şirkətə təchizatçılardan daxil olan hesab-fakturalarda (invoyslarda) gösətilrən ödəmə şərtlərinin Azərbaycan Respublikası Mərkəzi Bankının, daxili siyasət və
  • prosedurların tələblərinə uyğun olub-olmamasını yoxlamaq
  • Kreditor borc üzə tələb olunan bütün hesabatları zamanında hazırlamaq və baş mühasibə təqdim etmək
  • Təchizatçılarla imzalanacaq müqavilələrin Azərbaycan Respublikası vergi qanunvericiliyinin, Mərkəzi Bankın, daxili siyasət və prosedurların tələblərinə uyğun hazırlanmasını yoxlamaq və təsdiqləmək

Tələblər::

  • Ən azı 5 il mühasibatlıqda iş təcrübəsi
  • Ali təhsil/ən azı bakalavr dərəcəsi (iqtisadiyyat profilli təhsili olanlara üstünlük verilir)
  • BMHS (IFRS) mühasibat kurslarını keçmiş namizədlərə üstünlük verilə bilər
  • İngilis və rus dillərini bilən namizədlərə üstünlük verilə bilər
  • 1C: Mühasibat proqram təminatlarının istifadəçilərinə üstünlük verilə bilər

İş qrafiki: 5 günlük
Əmək haqqı müsahibə əsasında təyin ediləcək və rəqabətə davamlıdır.

Vakansiyaya müraciət üçün CV-nizi “Kreditor borc üzrə mühasib” mövzusu ilə hr@mandarin.az e-mail ünvanına göndərməyiniz xahiş olunu

Oxşar vakansiya siyahısı:

Audit

BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

Komplayens şöbəsinin mütəxəssisi

BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

200₼
Mühasib təcrübəçi

Pro Con İPro Con İzo Mühasib təcrübəçi i üzrə vakansiya elan edir.r. ...

PRO CON izo

05.09.2025 - Bakı

1500₼
Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

01.09.2025 - Bakı