Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AVT Logistics Daxili nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. İngilis və rus dillərinə üstünlük verilir.
Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
- Vəzifə: Daxili nəzarət mütəxəssisi
- İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
- İş təcrübəsi: 2-3il
- Təhsil: Ali (maliyyə və audit ixtisaslı namizədlərə üstünlük verilir)
- Yaş həddi: 25-35
İşin Təsviri:
- Risklərin qiymətləndirilməsi, maliyyə hesablarının dəqiqliyini, etibarlığını və mühasibat uçotu məlumatları sistemlə düzgün tətbiqini nəzarətdə saxlamaq.
Vəzifə öhdəlikləri:
- Şirkətin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamalar aparmaq;
- Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatlar təqdim etmək;
- İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək;
- Baş vermiş dələduzluq hallarını aşkarlayıb aktlaşdırmaq və mövcud çatışmazlıqların həlli istiqamətində tədbirlər görmək.
Tələblər:
- Dəqiq və məsuliyətli olmaq;
- Problemləri həll etmə bacarığı;
- Yüksək analitik təhlil qabiliyyəti;
- Microsoft Office proqramları biliyi;
- Komandada işləmək bacarığı;
- İngilis və rus dillərini bilmək arzuolunandır;
- Şəxsi avtomobili olanlara üstünlük veriləcəkdir.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur və Əmək bazarında rəqabətə davamlıdır.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Daxili nəzarət mütəxəssisi” yazmaqla CV göndərərək müraciət edilir.
Oxşar vakansiya siyahısı:
RAM Holding Daxili nəzarət və təftiş üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 500 AZN + Bonus. Emsan Kredit üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır. ...
Focus Optika Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Maliyyə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...