İqtisadi təhlil, tarif və statistika şöbəsinin müdiri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerbaijan Energy Regulatory Agency İqtisadi təhlil, tarif və statistika şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Enerji sahəsində balanslaşdırılmış investisiya yönümlü tarif mexanizmlərini işləmək;
  • Müvafiq sahədə tariflərin iqtisadi cəhətdən əsaslılığı, səmərəliliyi və bazarın tənzimlənməsi baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar aparmaq, hesabatlar hazırlamaq və təkliflər vermək;
  • Müvafiq sahədə bazar münasibətlərinin qurulması üçün tarif (qiymət) siyasətinin cari və perspektiv istiqamətləri barədə təkliflər vermək;
  • Elektrik və istilik enerjisi, habelə qaz üzrə qiymətlərin (tariflərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənmək;
  • Elektrik və istilik enerjisi, habelə qaz istehsalı və istehlakına proqnozlar hazırlamaq;
  • Müvafiq sahə üzrə təşkilatlardan əldə edilən iqtisadi və statistik məlumatların düzgünlüyünü yoxlamaq, sistemləşdirmək və hesabatlar hazırlamaq;
  • Müvafiq müəssisələrin gəlir və xərc smetalarını təhlil etmək, müqayisələr aparmaq və təkliflər hazırlamaq.

TƏLƏBLƏR:

  • Ali təhsil (İqtisadiyyat, mühasibat uçotu və audit, statistika və maliyyə və s. müvafiq ixtisaslar üzrə);
  • Yaş həddi 30-50 aralığı;
  • İxtisası üzrə azı 5 il, müvafiq sahə üzrə rəhbər vəzifədə isə azı 3 il iş stajı;
  • Microsoft excel üzrə tam peşəkar istifadə, digər Office proqramlarından isə sərbəst istifadə bacarığı;
  • Müxtəlif sahələr üzrə daxil olan hesabatları təhlil edərək nəticə çıxarma bacarığı;
  • Mühasibat uçotu ilə bağlı müəyyən təcrübəyə malik olmalıdır;
  • Tarif tənzimlənməsi ilə bağlı qanunvericilik və digər normativ hüquqi bazalara dair bilikli olmalıdır;
  • Rus və ingilis dillərini səlis bilməsi arzuolunandır.

DİGƏR:

  • Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
  • İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
  • İstirahət günləri: şənbə və bazar günləri;
  • Vakansiya üzrə müraciətin son müddəti: 20 iyun 2021-ci il
  • İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə vacancy@regulator.gov.az poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İqtisadi təhlil – şöbə müdiri) qeyd edin

Oxşar vakansiya siyahısı:

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı

1000 — 1800 ₼
Mühasib

Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Abacus Audit And Consulting

30.05.2025 - Bakı

1300₼
Mühasib (Əmək haqqı və ödəmələr üzrə)

Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...

Askona

29.05.2025 - Bakı

Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis

Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Zeytun Pharmaceuticals

27.05.2025 - Bakı