Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kapital Bank Qiymətli Kağızlar Portfeli Riskləri üzrə Analitik – aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsi;
- Strukturlaşdırılmış və riskləri qiymətləndirilmiş qiymətli kağızlar və pul bazarı portfeli yaratmaq üçün Bankın digər departamentləri ilə əməkdaşlıq edilməsi;
- Fəaliyyətlə bağlı hesabatların hazırlanması;
- Bazar riskləri sahəsində araşdırılma aparılması.
Tələblər:
- İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
- Qiymətli kağızlar haqqında yüksək bilik;
- Ümumi bazar risklərinin idarə edilməsi, risk metrikləri, maliyyə məhsulları, nəzəriyyə və anlayışları haqqında əla biliklər.
Üstünlük verilən bilik və bacarıqlar:
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
- CFA və ya FRM sertifikatlarına sahib olma arzuolunandır;
- Əla səviyyədə praktiki Excel bacarıqları;
- Python və SQL-də proqramlaşdırma təcrübəsi arzu olunandır;
- İngilis dili biliklərinin olması mütləq, Rus dili bilikləri arzuolunandır;
- Müvafiq olaraq aparıcı və baş mütəxəssis vakansiyaları üçün bazar risklərinin idarə edilməsi sahəsində minimum 2 və 3 il iş təcrübəsi.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, “mövzu” bölməsində “Qiymətli Kağızlar Portfeli Riskləri üzrə Analitik – aparıcı mütəxəssis” qeyd etməklə CV-nizi recruitment@kapitalbank.az ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...