Qısa məzmun
Ə/h1500 AZN. OBA marketlər şəbəkəsi Əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə: Əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssis (Audit)
İş yeri: OBA Marketlər şəbəkəsi, baş ofis
Departament: Daxili Nəzarət
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (maliyyə, iqtisadiyyat və audit sahəsində)
- Kompüter bilikləri: MS Office, 1C
- Dil bilikləri: Rus dili və ingilis dili (arzuolunandır)
- İş təcrübəsi: müvafiq sahədə iş təcrübəsi mütləqdir (Daxili auditor kimi çalışmış namizədlərə üstünlük veriləcəkdir)
- Yaxşı səviyyədə maliyyə bilikləri
Vəzifə öhdəlikləri:
- Qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması faktlarının tədqiq edilməsi, uyğunsuzluqların və yaxud saxtakarlıq əlamətlərinin aşkara çıxarılması
- Daxili və xarici bütün satınalma, təchizat prosesləri üzrə sənədli yoxlamaların təşkili, digər alternativ tədarükçülərin analoji mallar üzrə bazar satış qiymətlərinin aaşdırılması və müqayisəli təhlillər aparılması
- Xidmət göstərən kənar təşkilatlar üzrə bütün proseslərə dair yoxlamaların təşkili və digər analoji xidmətlərlə müqayisəli təhlillərin aparılması
- Cəmiyyət üzrə təsərrüfat və digər xərclərin analizi, səmərəliliyinin və uyğunluğunun yoxlanılması
- Yoxlamaları keyfiyyətli həyata keçirmək və aparılmış yoxlamaların nəticələrinə, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlara dair hesabatların və uyğun tədbirlər planının hazırlanması, rəhbərliyə təqdim edilməsi
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Əməliyyatlara nəzarət üzrə aparıcı mütəxəssis” yazaraq cv@oba.com.az ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
PASHA Insurance Vergilər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...