Gecikmələr üzrə Zəng Mərkəzinin işçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. FINCA Azerbaijan LLC Gecikmələr üzrə Zəng Mərkəzinin işçisi vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dilini səlis bilməlidir.

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazrıda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİS üçün GECİKMƏLƏR ÜZRƏ ZƏNG MƏRKƏZİNİN İŞÇİSİ vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

ƏSAS ÖHDƏLİKLƏR:

  • Gecikmələr üzrə Çağrı Mərkəzi Təlimatına əsasən təyin olunmuş portfel üzrə gecikmədə olan kreditlərə görə telefon zəngləri etmək;
  • Hansı addımların atılmalı olduğunu qərarlaşdırmaq və səmərəli danışıq üsulu seçmək məqsədilə gecikmədə olan müştərilərə dair qeydiyyata alınmış bütün mövcud məlumatları təhlil etmək;
  • Gecikmədə olan müştərilərlə səmərəli ünsiyyət qurmaq və həmin ünsiyyəti qoruyub saxlamaq;
  • Gecikmənin səbəblərini müəyyənləşdirmək və müştəriləri Şirkət qarşısında öhdəliklərini yerinə yetirməyə inandırmaqla geri ödəniş trixlərinin müəyyənləşdirilməsi üçün problemli müştərilər və əlaqəli şəxs(lər)lə danışıqlar aparmaq;
  • Portfelində olan gecikmiş kreditlərin geri ödəniş ehtimalının vaxtında və düzgün qiymətləndirilməsini həyata keçirmək;
  • Geri ödəniş üçün təyin olunan tərixlərin zamanlama və ardıclllığını müəyyənləşdirmək;
  • Hesabatların yaradılması məqsədilə gecikmələr üzrə proqram təminatında gecikmələrə dair bütün zəruri məlumatları izləmək;
  • Əməliyyatlar Departamentini dəstəkləmək üçün zəruri olan digər təyin edilmiş tapşırıq və vəzifələri icra etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsilli (və ya sonuncu kurs tələbəsi);
  • Azərbaycan dilini səlis bilməli, Rus dilini isə danışıq səviyyəsində bilmək üstünIük kimi qəbul edilir;
  • Microsoft Office proqramları üzrə biliklər (MS Word, MS Excel, MS Outlook), məlumat daxiletmə və çapetmə bacarığı;
  • Müştəri xidmətləri, Xidmət sahələri üzrə təlim Kursu sertifikatı olanlara üstünIük verilir;
  • Müştəri xidmətləri sahəsində, xüsusən də ön ofisdə və maliyyə/bank sektorunda 1 illik iş təcrübəsi olanlara üstünIük verilir;
  • Şirkətin kreditvermə Siyasəti və Prosedurları üzrə biliyə malik olmaq;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • İşgüzarlıq və aktivlik.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 26 aprel 2021-ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com electron ünvanına Subject/Mövzu hissəsində Gecikmələr üzrə Zəng Mərkəzinin işçisi (Baş Ofis) qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı