Yük avtomobili sürücüsü
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Yük avtomobili sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılır.

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Yük avtomobili sürücüsü.

İş yeri: Bakı şəhəri.
İş təcrübəsi: 3-5 il.
Təhsil: Müvafiq sahə üzrə təhsil.
Yaş həddi: 25-45.

İşin Təsviri: Yük avtomobilini idarə edir və yüklərin zamanında lazımı məntəqələrə çatdırılmasını təmin edir.

Vəzifə öhdəlikləri:

  • Yük avtomobilini idarə etmək , yükləri təyinatı üzrə daşımaq və tapşırılan yerlərə vaxtında və zərərsiz şəkildə çatdırmaq;
  • Mağaza və müştərilərə satış faktura və ya transfer sənədinin bir nüsxəsini verdikdə ona təhkim olunmuş möhürlə sənədi təsdiq etmək;
  • Ərazidə olduğu zaman ərazidə baş vermiş texniki nasazlıq, DYP tərəfindən yaranan nöqsanlar və avto qəzalar haqqında dərhal müdiriyyətə məlumat vermək;
  • Ona həvalə edilmiş şirkətin avtonəqliyyat vasitəsinin qorunub saxlanılmasına, salamatlığına və təyinatı üzrə düzgün istismarına və üzərinə düşən vəzifələrin vaxtlı-vaxtında keyfiyyətlə yerinə yetirilməsini təmin etmək;
  • Sürücü sənədləri anbar məxarici sənədləşdirilməsi mütəxəssisindən təhvil alan zaman, təhvil – təslim aktı ilə sənədləri yoxlayıb təhvil almaq;
  • İdarə etdiyi avtomaşına kosmetik baxış keçirmək, avtomaşının sənədlərini yoxlamaq, bakda yanacağın səviyyəsini yoxlamaq və digər yoxlanışları aparmaq.

Tələblər:

  • Komanda ilə işləmək bacarığı;
  • BC kateqoriyalı sürücülük vəsiqəsi;
  • Minimum 3 il yük avtomobili sürücüsü vəzifəsi üzrə iş təcrübəsi;
  • Müştərilərlə və kollektivlə ünsiyyət bacarıqları;
  • Sərbəst ünsiyyət bacarığı;
  • Müəssisənin daxili nizam-intizam qaydalarına əməl etməlidir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Endirimli tibb xidməti
  • 6 günlük iş qrafiki;
  • Əmək müqaviləsi.

Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Yük avtomobili sürücüsü” yazıb CV göndərərək müraciət edilir.

Oxşar vakansiya siyahısı:

500₼
Sürücü köməkçisi

İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

500 — 1000 ₼
Sürücü

İnci Group of Companies Sürücü- vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

02.04.2024 - Bakı

535₼
Sürücü

Sağlam Ailə” tibb mərkəzi “Sürücü” vakansiyası elan edir. ...

Sağlam Ailə

30.03.2024 - Bakı