Yol tikintisi üzrə mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MSDIS Holding Yol mühəndisi (yol tikinti) vəzifəsi üzrə vakansiya elan edir. Layihəçəkmə və planlaşdırma bacarığı olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Yol işlərinin texnoloji baxımdan düzgün ardıcıllıqla həyata keçirilməsinə müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
  • Yol-inşaat Materialların, konstruksiyaların və məmulatların araşdırılmasını təmin etmək;
  • Layihənin həyata keçirilməsinin mümkünlüyünü müəyyən etmək məqsədi ilə materialvə avadanlığın sayını, sərfiyyatını, eləcə də insan əməyini qiymətləndirmək;
  • Sahədə görülən tikinti işlərinə bilavasitə nəzarət etmək və işlərin vaxtında təhvil verilməsinə məsuliyyət və cavabdehlik daşımaq;
  • Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
  • Rəhbərliyə layihənin gedişatı ilə bağlı vaxtı-vaxtında hesabatlar təqdim etmək;
  • Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, düzgün qaydada sənədləşdirilməsinə və əsaslandırılmasına nəzarət etmək;
  • Tikinti meydançasında işçiləri məlumatlandıraraq, tikinti işlərini, texniki xidmət üzrə fəaliyyətləri idarə etmək və yönləndirmək;
  • Müəssisənin təlimatlarına uyğun olaraq texniki xidmət üçün tələb olunan işçi, material və avadanlığı əlaqələndirmək, iş qrafikini planlaşdırmaq;
  • Rəhbərlik tərəfindən tapşırılan digər tapşırıqların yerinə yetirilməsi və s.

Tələblər:

  • Qeyd olunan sahə üzrə ali təhsil;
  • Ən azı 5 il iş təcrübəsi;
  • Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmçinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilməli;
  • MS office proqramlarında işləmə bacarığı;
  • Layihəçəkmə və planlaşdırma bacarığı;
  • Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilər sahib olmaq;
  • Yaxşı ünsiyyət, və komanda ilə işləmək bacarığı.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş saatları: həftə içi 10.00-18.00, şənbə isə qısa iş günü
  • Əmək haqqı:  Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
  • Ünvan: Nərimanov rayonu, Arif Heydərli 120-122.
  • Əlaqə nömrəsi: 051 201 21 43

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Yol tikinti üzrə mühəndis” qeyd edərək e-mail ünvanına göndərə bilərlər

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan