Yay Tecrübe Proqramı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Carlsberg Azerbaijan Yay Təcrürbə Proqramı vəzifəsi üzrə vakansiya elan edir. 3-cü və yuxarı kurs tələbələri tələb olunur.

“Carlsberg Azerbaijan” MMC şirkətində tələbələr üçün iş təcrübəsi!

“Carlsberg Azerbaijan” şirkəti tələbə və yeni məzun olanlara ödənişli təcrübə keçmək imkanı yaradır və sonradan şirkətimizdə, universitetdə təhsilini bitirdikdən sonra, işə davam etmək təklifi edir.

“Carlsberg Azerbaijan”-da təcrübəçi, 3-cü kurs və yuxarı (magistr və aspirantura kursları daxil olmaqla), əyani bölmədə tədris alan tələbə ola bilər. Tələbələrlə əmək müqaviləsi (müəyyən sınaq müddəti ilə) təklif edilir. Təcrübə müddəti başa çatdıqdan sonra və yüksək nəticələr ilə işinin öhdəsindən qələn təcrübəçilərə, təcrübə və ixtisasına uyğun olaraq (Şirkətdə uyğun vakansiya olduqda halda) daimi iş yeri təklif oluna bilərlər.

Təcrübəçi olmağın üstünlükləri:

“Carlsberg Azerbaijan”-da təcrübə nədir?

  • Ixtisasınız üzrə nadir və vacib olan təcrübə əldə etmək imkanı
  • Professional və şəxsi bacarıqlarını artırmaq imkanı
  • Universitetdə təhsil almaqla yanaşı nüfuzlu işə sahib olmaq imkanı
  • Ən yüksək səviyyəli peşəkarlar qrupunun real layihələrində iştirak etmək imkanı

“Carlsberg Azərbaycan” Şirkətində təcrübəçi olmaq imkanı, arzuladığınız karyeranıza doğru ilk addımınız ola bilər!

Təcrübə proqraməna müraciət üçün məlumat

Tələb olunan ixtisasların siyahısı:

  • Mühəndis-mexanik
  • Elektroenergetika
  • Avtomatlaşdırma və Elektronika
  • Kimya
  • Hüquq

Namizədlərə olan tələblər:

  • 3-cü və yuxarı kurs tələbələsi olan
  • Azərbaycan və Rus dillərini səlis bilən (danışma və yazma) İngilis dilini bilənlərə üstunlük verilir
  • Yüksək ünsiyyət bacarıqları olan
  • İnternet Explorer və MS Office programlarını (Ms Word, Ms Excel) yaxşı bilən.

Elektron məktubun mövzu bəlməsində «Yay Təcrürbə Proqramı» qeyd edilməlidir.

“Carlsberg Azerbaijan” Şirkətinin yay təcrübə proqramına seçimlərdə (test və assesment center) iştirak etmək istəyənlər 15 Aprel 2020 tarixinədək, HR_CV@Carlsberg.az adresinə CV-lərini yönləndirə bilər.
CV-nizdə oxuduğunuz universitetin adı, ixtisasınız, bacarıqlarınız və iş təcrübəniz (olduğu halda)

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı