Qısa məzmun
Ə/h 1100-1500 AZN. Sinteks Group of Companies Xəzinədarlıq üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev eşyaları mağazalarını və 10-a yaxın kofeteriya filialını idarə edir. Lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Xəzinadarlıq üzrə Qrup Rəhbəri tələb olunur.
İşin rolu:
– Nağd və nağdsız əməliyyatlarının həyata keçirilməsini və uçotunu təmin etmək
Vəzifə öhdəlikləri:
- Pul vəsaitlərinin hərəkətini planlaşdırmaq və icrasını təşkil etmək
- Bank və nağd əməliyyatlarının həyata keçirilməsini təşkil etmək
- Yerli və beynlxalq bank və nağd əməliyyatların uçotunu təşkil etmək
- Pul vəsaitlərinin hərəkəti ilə bağlı banklarla üzləşmələrin aparılmasını təşkil etmək
- Şirkətin qısa müddətli kapital tələblərini müəyyən etmək
- Maliyyələşdirmə prosesini təşkil etmək
Namizədə tələblər:
- İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi sahəsində ali təhsil
- ACCA üzrə sertifikat arzuolunandır
Təcrübə:
- Maliyyə və Mühasibatlıq sahəsində 4-5 il iş təcrübə
- Müvafiq vəzifədə 2-3 il iş təcrübə
- Professional biliklər:
- Azərbaycan dilini mükəmməl, İnglis və Rus dillərini yaxşı səviyədə bilmək
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək
- Mühasibat proqramları
- Professional bacarıqlar və kompetensiyalar:
- Liderlik
- Zamanın idarəolunması
- Analitik düşüncə
- Detallara diqqət
- Ünsiyyət bacarıqları
- Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Treasury Team Leader” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...