Qısa məzmun
Bank Respublika ASC Xidmətlər üzrə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
- Müştərilər arasında aparılan sorğularda iştirak;
- Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili orta səviyyədə arzuolunandır;
- Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel);
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 dekabr 2021-ci il tarixinədək elektron ünvanına göndərə bilər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xidmətlər üzrə məsləhətçi (Reception) – Şəki filialı” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...