Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Bank of Baku Xidmət bölməsinin kiçik eksperti vəzifəsi üzrə vakansiya elan edir. Yaradıcı və analitik düşüncə tərzi olmalıdır.
Əsas vəzifə və öhdəliklər:
- Fiziki və hüquqi şəxslərə bankın əmanət məhsulları haqqında məlumat verilməsi
- Bağlanılacaq əmanət müqavilələrinin rəsmiləşdirilməsi
- Fiziki və hüquqi şəxslər üzrə bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanması
- Müştəriyə kassa-hesablaşma xidmətlərinin göstərilməsi, bütün növ tapşırıq sənədlərinin hazırlanması
Seçim meyarları:
- İqtisadiyyat və idarəetmə sahəsi üzrə ali təhsil
- Mükəmməl Azərbaycan və Rus dili bilikləri (İngilis dili arzuolunandır)
- Microsoft Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
- Yüksək ünsiyyət bacarığı
- Yaradıcı və analitik düşüncə tərzi
- Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
İş şərtləri:
- İş yeri: Bakı filialları
- İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Xidmət bölməsinin kiçik eksperti qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...