Qısa məzmun
Ziraat Bank Azərbaycan ASC Xəzinədarlıq və Maliyyə Müsəssisələri ilə Əlaqələr Departamentinə Mütəxəssis vəzifəsinə işə dəvət edir.
“Ziraat Bank Azərbaycan” ASC Xəzinədarlıq və Maliyyə Müsəssisələri ilə Əlaqələr Departamentinə Mütəxəssis/Aparıcı mütəxəssis vəzifələrinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
- Ali təhsil (iqtisadiyyat və maliyyə sahəsində ali təhsil arzu olunandır);
- Müvafiq sahədə 3 il iş təcrübəsi;
- Yüksək analitik qabiliyyət;
- Yüksək kommunikasiya bacarıqları;
- Biznes bankçılığı məhsulları haqqında məlumatlı olması;
- Mükkəmməl Azərbaycan dili və İngilis dili bilikləri (Türk və Rus dillərini də bilməsi arzu olunandır).
Əsas vəzifələr:
- Sənədli əməliyyatların (Akkreditiv, bank qarantiyası və b.) istifadəsi ilə bağlı yerli və beynəlxalq tərəfdaşlarla müxbir əlaqələrin qurulması;
- Sənədli əməliyyatların (Akkreditiv, bank qarantiyası və b.) beynəlxalq qarantiyalar və akkreditivlər üçün müştərilərdən daxil olan tələblər əsasında yerli və xarici banklarla danışıqlar apararaq müştəri və bank üçün ən uyğun həll variantının tapılması;
- Akkreditiv, bank qarantiyası məktublarının mətnlərinin hazırlanması, ödəniş üçün təqdim olunmuş sənədlərin yoxlanılması və ödənişinin həyata keçirilməsinin təmin edilməsi;
- Sənədli əməliyyatlar ilə bağlı digər lazımi işlərin görülməsi;
- Ticarətin maliyyələşdirilməsi əməliyyatları üzrə dövrü və operativ hesabatların hazırlanması və təqdim edilməsi;
- Sənədli əməliyyatlar (Akkreditiv, bank qarantiyası və b.) ilə bağlı Bankın xidmət strukturu əməkdaşlarına təlimlər vermək;
- Rəhbərlik tərəfindən tələb olunan digər hesabatların hazırlanması.
Göstərilən tələblərə cavab verən namizədlər Dekabr ayının 31-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Xəzinədarlıq” qeyd edilməsi vacibdir.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...