Qısa məzmun
Bank of Baku Xəzinədarlıq departamentinin eksperti/kiçik eksperti vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Müxbir hesabların, eləcə də maliyyə qurumlarının ssuda və depozit hesablarının açılması, aparılması, bağlanması və bununla əlaqədar sənəd və məlumat mübadiləsi
- Nostro hesablar üzrə qalıqların təsdiqi üçün müvafiq banklarla yazışmaların aparılması,
- Loro hesablar üzrə daxil olmuş sorğuya əsasən qalıqların təsdiqi və tələb olunan yerə göndərilməsi
- Gün ərzində Nostro hesablar üzrə aparılmış əməliyyatların yoxlanılması və banklardan daxil olmuş çıxarışlarla müqayisə olunması
- Müxbir hesablar üzrə müvafiq gəlir və xərclərin ödənilməsi (və yaxud tutulması), bu əməliyyatlar üzrə qeyri-dəqiqliyə yol verildikdə səhvlərin araşdırılması və aradan qaldırılması
- Gün ərzində Loro hesablar üzrə əməliyyatların yoxlanılması və aparılmış əməliyyatlar üzrə SWIFT vasitəsilə çıxarışların göndərilməsi
- Qeyri-rezident banklardan nağd vəsaitin gətirilməsi prosesinin təşkili və həyata keçirilməsi
Tələblər:
- İş təcrübəsi (il): mütləq tələb deyil (olması üstünlükdür)
- Təhsil: ali texniki, iqtisadi, maliyyə, hüquq və uyğun digər ixtisas
- Dil biliyi (dil/dərəcə): Azərbaycan, Rus və Ingilis dilləri – əla
- Kompüter biliyi: MS Office
- Hesabatlılıq və təqdimat bacarığı
- Punktuallıq
- İş yeri: Bank of Baku ASC, Baş Ofis
- İş vaxtı: B.e.-Cümə, saat 9.00 saat 18.00-dək
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Xəzinədarlıq qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...