Xəzinədarlıq departamentinin Maliyyə institutları şöbəsinin mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kapital Bank namizədləri Xəzinədarlıq departamentinin Maliyyə institutları şöbəsinin mütəxəssisi /aparıcı mütəxəssisi vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Xəzinədarlıq departamentinin Maliyyə institutları şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi

Ümumi məlumat

Kapital Bank namizədləri Xəzinədarlıq departamentinin Maliyyə institutları şöbəsinin mütəxəssisi /aparıcı mütəxəssisi vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Nostro və Loro müxbir hesabların açılması, aparılması və bağlanması prosesinin həyata keçirilməsi; daimi olaraq hesab üzrə sənədlərin yenilənməsinə nəzarəti həyata keçirmək;
  • Bankda “Due Diligence” təşkili və aparılmasında iştirak etmək;
  • Müxtəlif mənbələrdə (Bankers Almanac, SWIFT KYC Registry) bank məlumatlarının yenilənməsi;
  • Müxbir banklar tərəfindən təklif olunan xidmətlərin tarifini, universallığını, əməliyyatların keyfiyyətini, etibarlılığını nəzərə alaraq beynəlxalq hesablaşmalar üçün müxbir bankların seçilməsi; bu banklarda kredit xətti limitlərinin təyin edilməsi barəsində təkliflərin verilməsi və danışıqların aparılması;
  • Yerli və xarici maliyyə institutlarından, həmçinin daxili struktur bölmələrdən daxil olan sorğuların koordinasiyası və cavablandırılması, müvafiq sənədləşmə işinin aparılması;
  • Rəhbərliyin göstərişi ilə həftəlik, aylıq əsasda hesabatların tərtib olunması.

Tələblər:

  • İqtisadiyyat, maliyyə və ya beynəlxalq münasibətlər sahəsində ali təhsil;
  • Maliyyə İnstitutları ilə iş / Müxbir əlaqələr sahəsində minimum 1 il iş təcrübəsi;
  • Səlis azərbaycan, rus və ingilis dili bilikləri;
  • Microsoft Word, MS Excel, Power Point, Outlook proqramları ilə işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik və komandada işləmək bacarığı.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Audit

BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

Komplayens şöbəsinin mütəxəssisi

BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

200₼
Mühasib təcrübəçi

Pro Con İPro Con İzo Mühasib təcrübəçi i üzrə vakansiya elan edir.r. ...

PRO CON izo

05.09.2025 - Bakı

1500₼
Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

01.09.2025 - Bakı