Qısa məzmun
By Telecom şirkəti Xəzinədar (xanım, Lənkəran) vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərini qəbul edir;
- Ödənilən vəsaitləri yoxlayır və tələb olunan qaydada əməliyyatı həyata keçirir;
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib edir;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin edir;
- Müştərilərin suallarını dinləyir, səlahiyyəti çərçivəsində cavablandırır və ya aidiyyatı üzrə yönəldir;
Tələblər:
- Ali təhsil;
- Xəzinədar vəzifəsində iş təcrübəsi arzu olunandır;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
- Microsoft Office , 1C programları üzrə biliklərə malik olmalı;
- İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
İş şəraiti:
- Rəqabət qabiliyyətli əmək haqqı
- Əmək Haqqı – 350 + ( Bonus % )
- İş saatı – 10:00 – 19:00
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- İş yeri: Lənkəran şəhəri
- Karyera yüksəlişi imkanı;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Xəzinədar Lənkəran Filialı ” yazaraq göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...