Xəzinədar
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sağlam Ailə Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir.

Sağlam Ailə Tibb mərkəzi Xəzinədar vakansiyası elan edir.

Vəzifə və öhdəliklər:

  • Nağd pul vəsaitlərinin və qiymətli kağızların, onların muhafizəsi qaydalarına mutləq riayət edilməklə, qəbulu, verilməsi, ucotu və saxlanılması uzrə əməliyyatları həyata keçirir;
  • Mədaxil və məxaric sənədləri əsasında xəzinə kitabını aparılmasını həyata keçirir, nağd pul vəsaitlərini və qiymətli kağızları kitabdakı qalıqlarla tutuşdurur;
  • Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil, məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılmasını həyata keçirir;
  • Kassaya toplanan pulun müvafiq bankdakı hesaba mədaxil edilməsini təmin etmək;
  • Mərkəzi bankın təlimatlarına uyğun olaraq, istifadəyə yararsız maliyyə vəsaitlərini tanıyır və belə maliyyə vəsaitlərinin xəzinəyə daxil olmasının qarşısını almaq üçün tədbirlər görür;
  • Müəssisədə nəğd ödənişlərlə bərabər nəğdsiz ödənişlərin icrasını həyata keçirir;
  • Vergi aparatı və pos-terminallardan istifadə.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dili – ana dili, rus dili biliyi – arzuolunandır;
  • Təcrübə minimum 1il;
  • MS Office proqramlarından istifadə etmək bacarığı;
  • Punktual, aktiv, çevik, ünsiyyətcil, diqqətcil və məsuliyyətli olmalı.

Qeyd:

  • İş qrafiki: həftənin 6 günü (həftəlik 40 saat);
  • Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
  • Əmək haqqı 500 azn;
  • Şirkət daxili təlim və inkişaf imkanları.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini emailin mövzu hissəsinə “Xəzinədar” qeyd etməklə hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

500₼
Kassir

Ə/h 500 AZN + bonus. Super Toys Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

06.10.2025 - Bakı

Audit

BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

Komplayens şöbəsinin mütəxəssisi

BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı