Qısa məzmun
Zirinc Group MMC Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Ödənilən vəsaitlərin yoxlanılması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
- Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin nəzarətdə saxlanılması və hesabatının aparılması;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasının və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
Namizədə dair tələblər:
- Ali təhsil;
- Yaş həddi: 25-30 (Yalnız bəy namizədlər)
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dilini səlis bilməli;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
- Microsoft Office programları üzrə biliklərə malik olmalı;
- İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
İş barədə məlumat:
- İş qrafiki: 6 günlük, 09:00-18:00;
- Nahar şirkət tərəfindən təmin edilir;
- İş yeri: 28 May;
- Əmək haqqı: 600 azn.
- Müraciət etmək istəyən əməkdaşlardan CV formalarını mövzu hissəsində “Xəzinədar” qeyd etməklə asiman.xalilova@outlook.com mail ünvanına yönləndirməkləri və ya 051 944 89 43 nömrəsi ilə əlaqə saxlamaqları xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...