Qısa məzmun
Zeta Group-The Entertainer oyuncaq mağazası Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Port Baku Mall
İş barədə məlumat:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini qəbul etmək
- Ödənilən vəsaitləri yoxlamaq və düzgün qaydada əməliyyatı həyata keçirmək
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək
- Kassadan keçən bütün pul vəsaitlərini, sənədləri və qiymətləri izləyib, nəzarətdə saxlamaq və hesabatını aparmaq
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək
- Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönəltmək
- Yaranan problemlərlə bağlı mağaza rəhbərliyinə müraciət etmək
Namizədə tələblər:
- Yaş: 20-30 yaş arası xanım namizədlər
- Azərbaycan və Rus dillərində sərbəst şəkildə danışıq
- Kassir kimi ən azı 1 il təcrübə
- 1C satış bölməsində sərbəst işləmək
- Komandada işləmə bacarığı
- Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmaq
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilmək
İş şərtləri:
- İş vaxtı: Növbəli qrafik əsasında 8 saatlıq iş rejimi (Nahar fasiləsi verilir)
- İş günü: 6 günlük, həftədə 1 gün istirahət
- Əmək haqqı: 550 AZN (Gross)
- Şirkət tərəfindən Uniforma verilir
Təklif edirik:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Karyerada yüksəliş imkanı
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Xəzinədar” yazaraq hrm@zeta.az email ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...