Qısa məzmun
Baku Electronics LTD Xəzinədar (Masallı) vəzifəsi üzrə vakansiya elan edir.
Baku Electronics hal-hazırda “Xəzinədar (Masallı)” vakansiyası üzrə namizəd axtarışındadır!
Xüsusi tələblər:
- Ali təhsil;
- Xəzinədar vəzifəsində minimum 1 illik iş təcrübəsi;
- Azərbaycan dilini əla səviyyədə bilmək (rus və ingilis dillərindən birini bilməsi arzu olunandır);
- Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmaq;
- Analitik düşünmək;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmləri haqqında məlumatlı olmaq;
- Yüksək dəqiqlik və məsuliyyət;
- Gərgin iş qrafikində işləmək bacarığı.
Vəzifə təlimatı:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini və ödənişləri qəbul etmək;
- Ödənilən vəsaitləri yoxlamaq və tələb olunan qaydada əməliyyatı həyata keçirmək;
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək;
- Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönləndirmək.
İş şəraiti:
- İş rejimi: 6 günlük – növbəli iş qrafiki;
- İş yeri: Masallı mağazası;
- Əlaqə nömrəsi: 055 505 92 92
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Xəzinədar (Masallı)” qeyd etməklə hr@bakuelectronics.az elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...