Xəzinədar – Masallı
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Baku Electronics LTD Xəzinədar (Masallı) vəzifəsi üzrə vakansiya elan edir.

Baku Electronics hal-hazırda “Xəzinədar (Masallı)” vakansiyası üzrə namizəd axtarışındadır!

Xüsusi tələblər:

  • Ali təhsil;
  • Xəzinədar vəzifəsində minimum 1 illik iş təcrübəsi;
  • Azərbaycan dilini əla səviyyədə bilmək (rus və ingilis dillərindən birini bilməsi arzu olunandır);
  • Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmaq;
  • Analitik düşünmək;
  • Müxtəlif növ kassa aparatları və onların iş mexanizmləri haqqında məlumatlı olmaq;
  • Yüksək dəqiqlik və məsuliyyət;
  • Gərgin iş qrafikində işləmək bacarığı.

Vəzifə təlimatı:

  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini və ödənişləri qəbul etmək;
  • Ödənilən vəsaitləri yoxlamaq və tələb olunan qaydada əməliyyatı həyata keçirmək;
  • Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək;
  • Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək;
  • Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönləndirmək.

İş şəraiti:

  • İş rejimi: 6 günlük – növbəli iş qrafiki;
  • İş yeri: Masallı mağazası;
  • Əlaqə nömrəsi: 055 505 92 92

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində Xəzinədar (Masallı) qeyd etməklə hr@bakuelectronics.az elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

500₼
Kassir

Ə/h 500 AZN + bonus. Super Toys Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

06.10.2025 - Bakı

Audit

BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

Komplayens şöbəsinin mütəxəssisi

BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı