Xəzinədar
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sapphire Hotels Group Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi müddəalar:

  • Hazırkı vəzifə təlimatı Xəzinədarın əmək funksiyaları, öhdəlikləri, hüquqları  və ona qarşı tələbləri müəyyən edir.
  • Bu işçi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müəssisənin Direktoru tərəfindən işə təyin edilir və işdən azad edilir.

Əmək funksiyaları:

Əməkdaş aşağıdakı vəzifələrin yerinə yetirilməsi üçün cavabdehdir:

  • Kassirlərin gündəlik yığımlarını toplayır,sayır və ilkin sənədləri ilə təhvil götürür.
  • Yoxlama siyahılarının ikinci nüsxəsini qəbul və təsdiq edir, Gündəlik Hesabatına daxil edir və gündəlik daxilolmalara məktub vasitəsilə qəbul edilən çek və pul köçürmələrini daxil edir.
  • Bank hesablarına gündəlik köçürmələri həyata keçirir.
  • Gündəlik Hesabatı hazırlayır.
  • Kassirləri lazımi miqdarda xırda pulla təmin  edir, həftə sonları və bayram günlərində onlara əlavə xırda pul verir.
  • Xərclədikləri məbləği kassirlərə geri ödəyir.
  • Hər gün daxil olan nağd vəsaitləri sayır və bu vəsaitlərdən xərclənənlər barədə izahat verir.
  • Kassalardan pul axışını qəfil təftişlə yoxlayır.
  • Hesabatları yenidən nəzərdən keçirir və maliyyə mühasibatı sistemi ilə uzlaşdırır.
  • Artıq və əskikləri gecə auditoru ilə birlikdə yoxlayır.
  • Mehmanxananın müştəri qeydiyyatı şöbəsindən qəbul edilən zərfdəki məbləğin həmin şöbənin kassiri tərəfindən göstərilən məbləğdən  fərqli olduğu hallar barədə Maliyyə Menecerinə dərhal məlumat verir.
  • Əgər kassirlərin verdiyi zərf  yırtılmış və ya açılmış  olarsa, yuxarıdakı proses təkrarlanır.
  • Maliyyə direktoruna saxta çeklər barədə dərhal məlumat verir.
  • Seyfin ağzı açıq olarkən və ya pullar sayılarkən ofisin qapısının bağlı saxlanılmasını təmin edir.
  • Gündəlik gəliri/nağd vəsaiti banka aparır.
  • Şəxsi gigiyena və görünüşü qorunmalı və standartlara uyğun olmalıdır.
  • Otel daxilində keçirilən treyninqlərdə iştirak etməli.
  • Təhlükəsizlik texnikasına aid treninqlərdə  iştirak etməli,
  • Mövcud standartlar çərçivəsində verilən bütün tapşırıqları yerinə yetirir.
  • İş yerini təmiz və səliqəli saxlayır.
  • Rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Tələblər:

Bu vəzifəyə namizəd olan şəxslər aşağıdakı bilik, bacarıq və qabiliyyətlərə malik olmalı, vəzifəyə aid əsas funksiyaları, vəzifənin icrasını asanlaşdırıcı tədbirlərin həyata keçirilib – keçirilməməsindən asılı olaraq icra edə bildiyini nümayiş etdirməlidir :

  • “Sapphire Hotels Group” MMC şirkətinin bütün sahələrdəki iş strategiyasının   tələblərinə əməl etmək.
  • “Sapphire Hotels Group” MMC şirkətinin tətbiq və müəyyən etdiyi siyasət və proseduralara əməl etmək.
  • İşçi ilə qarşılıqlı razılaşma əsasında bu vəzifə təlimatı, namizədin fəaliyyəti ərzində istənilən vaxt dəyişdirilə və genişləndirilə bilər.
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi

Əmək haqqı: 600 AZN

Müraciət etmək üçün:

Şəkilli CV-nizi e-poçt ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu hissəsində vakansiyanı qeyd etməyə unutmayın.

Göstərilən vakansiyaya uyğun gəlməyən namizədlərin CV-lərinə baxılmayacaq!

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı