Xəzinədar
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 400 AZN. Sabah Group LLC Xəzinədar vəzifəzi üzrə vakansiya elan edir. Rus dilinin yaxşı olması üstünlükdür.

İş şəraiti:

  • Mağazalar Mall-larda,şəhər mərkəzində və ətrafında yerləşir (Mothercare,Okaidi,ELC,Etam,United Sport)
  • İş vaxtı həftədə 6 gün, bir gün istirahət. Bu istirahət cümə,şənbə və bazar günlərinə düşmür.
  • Növbəli qrafiklə iş: 10:00-19:00 və 12:00-21:00 və ya 10:00-19:00 və 13:00-22:00 (bu qrafik Mall-lardakı mağazalar üçün keçərlidir).
  • Həftədə 5 gün növbəli qrafik,1 gün isə Full günlük iş rejimi (mağaza açılandan bağlanana qədər).
  • İş günü boyunca 1 saatlıq nahar vaxtı verilir, bunun 30 dəqiqəsi yemək, gündə 2 dəfə 15 dəqiqə olmaqla çay və ya kofe üçün nəzərdə tutulub. Yalnız Mall-da yerləşən mağazalarda əlavə olaraq 50 AZN nahar pulu verilir.
  • Əmək müqaviləsi 2 aylıq bağlanılır, müqavilə müddəti işçinin fəaliyyətindən asılı olaraq uzadılır. Əmək müqaviləsi bağlandıqdan sonrakı növbəti 2 həftə sınaq müddəti sayılır. İşçi bu 2 həftənin ilk həftəsi ödənişsiz təlimlərdə iştirak edir. 2-ci  həftə isə aktiv olaraq işə başlayır və elə həmin həftədən etibarən maaş hesablanır.
  • Əmək müqaviləsinə əlavə olaraq Xəzinədarlar Maddi Məsuliyyət müqaviləsi imzalayaraq maddi məsul şəxs olurlar.
  • Maaş ayda 1 dəfə hər ayın sonunda verilir.
  • Əmək haqqı 400 AZN, 1 il sonra artırılaraq 450 AZN təşkil edir. Hal-hazırda bonus (%) sistemi tətbiq olunmur.
  • İşçi hədəfləri yerinə yetirərək nümunəvi  olduğu halda vəzifə artımı gözləniləndir.

Vəzifələr:

  • Mağazadaxili yüksək xidməti  təmin etmək, qəbzlərin yoxlanılması, pul və xəzinə aparatı ilə işləmək
  • Məsuliyyət və öhdəliklərin götürülməsi
  • Xəzinə, pul maşını və digər maddi aktivlərin təhlükəsizliyini təmin etmək
  • Mağazaya gələn zənglərə cavab vermək, müştərini maraqlandıran mal haqqında hər bir məlumat verməli,xidmətlərdən razı olub olmamasını, onların şikayətlərini və tövsiyələrini nəzərə almaq və mövcüd formalarda onları əks etdirmək

Oxşar vakansiya siyahısı:

Audit

BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

Komplayens şöbəsinin mütəxəssisi

BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

200₼
Mühasib təcrübəçi

Pro Con İPro Con İzo Mühasib təcrübəçi i üzrə vakansiya elan edir.r. ...

PRO CON izo

05.09.2025 - Bakı

1500₼
Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

01.09.2025 - Bakı