Qısa məzmun
Mover MMC Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini qəbul etmək;
- Kassa aparatının, o cümlədən pul vəsaitlərinin qəbul edilməsini və debit əməliyyatlarını həyata keçirmək;
- Nağd pul ehtiyatlarını izləmək və balans tərtib etmək üçün xırda nağd pul vəsaitlərinin nəticələrini sənədləşdirmək;
- Nağd pul vəsaitlərinin müəssisənin təhlükəsizlik tələblərinə uyğun olaraq saxlanmasını təmin etmək;
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək;
- Gündəlik, həftəlik və aylıq kassa hərəkəti barədə hesabatların zamanında hazırlanması və baş mühasibə təqdim olunması.
Tələblər:
- Bu vəzifə üzrə minimum 1 illik iş təcrübəsi;
- Gwclü riyazi hesablama aparmaq qabiliyyəti və analitik zəka;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Səlis şifahi nitq və müştəriyönümlülük;
- Cəld, dəqiq və diqqətli olmalı;
- İş etikası və korporativ mədəniyyətə sahib olmalı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Xəzinədar” qeyd edərək cv@mover.az e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Aparıcı mühasib
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...