Xəzinədar
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 600 AZN. Ramco CJSC Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. Korporativ nömrə ilə təmin olunacaqdır.

”RAMCO” QSC – in, başlıca məqsədi, ölkəmizdə və ölkə hüdudlarından kənarda, sənaye və mülki obyektlərin, müxtəlif təyinatlı yolların, tunellərin, hidrotexniki və meliorasiya qurğularının tikintisinin peşəkarcasına həyata keçirilməsidir. Şirkətin hədəfi, idarəetmədə aşağıdakı prinsipləri rəhbər tutaraq, daima təkmilləşmək və tikinti sektorunda Respublikamızın öndə gələn Şirkətlərindən birinə çevrilməkdir. Həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda bir çox layihələrə imza atmış şirkətimiz daima innovativ tikinti layihələrini həyata keçirməkdə iddialıdır. Şirkətimizin missiyası əldə edilmiş təcrübənin və professional resursların sistematik inteqrasiyasindan istifadə edərək, istənilən mürəkkəblikdə tikinti işlərinin tam həcimdə yerinə yetirilməsidir.

Vəzifə: Xəzinadar

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin müdiri və baş mühasibin iştirakı ilə mövcud qanunvericiliyə uyğun xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
  • Gün ərzində xəzinə üzrə mədaxil məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası MB-nin qüvvədə olan normativ aktlarına və bankın daxili qayda və prosedurlarına riayət edilməsi;
  • Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən , o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
  • Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
  • Əməliyyat gününün sonunda xəzinədəki nəğd pul vəsaitlərinin və digər dəyərlilərin şirkətin müdiri və baş mühasibinin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurularaq dövriyyə xəiznəsindən saxlanc( fond ) xəzinəsinə yerləşdirilməsi;

Namizədə dair tələblər:

  • Ali təhsil (riyaziyyat, iqtisadiyyat. maliyyə və mühasibat arzu olunandır);
  • Ən azı 2-3 illik xəzinədar vəzifəsi üzrə təcrübə;
  • Ünsiyyətçilik, vicdanlılıq, təşəbbüskarlıq;
  • Komandada işləmək bacarığı;
  • Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir verməyə yüksək məsuliyyət qabiliyyəti.

İş şərtləri:

  • Bazar ertəsi – Cümə: 8:30 – 17:30, Şənbə : 10.00 – 16.00
  • Əmək haqqı: 600 azn
  • Korporativ nömrə

Maraqlanan və tələblərə cavab verən namizədlər mövzu yerində “Xəzinədar” yazmaqla öz CV-lərini hr-cv@ramco.az ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı