Qısa məzmun
Ə/h razılaşma yolu ilə. OBA marketlər şəbəkəsi Xərclər və Hesablaşmalar üzrə Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Nahar ilə təmin olunacaqdır.
Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 16.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2022-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Təhsil: Ali təhsil(Maliyyə,mühasibatlıq)
Vəzifə öhdəlikləri:
- Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunu aparmaq, faktiki çəkilmiş xərcləri təhlil etmək, sənədlərin düzgünlüyünü yoxlamaq;
- Xərc növləri üzrə mütəmadi hesabatların hazırlanmasını təmin etmək;
- Kreditor müştərilərlə üzləşmələr aparmaq carilərdəki qalıqların yığılmasını təmin etmək, problemlərin mənbəyini araşdıraraq həllini tapmaq;
- Yerli kreditor şirkətlərinin sənədlərinin ödəniş üçün hazırlanmasını təmin etmək;
- Ay sonu məsul olduğu carilərin yekun qalıqlarını çıxarmaq və açıqlamaları ilə birlikdə inventarizasiya aktı tərtib edib rəhbərliyə təqdim etmək;
- Kassa və bankdan çıxan xərcə aid olan hissələrin ödəniş tərəfinin yoxlanılması.
Tələblər:
- Təhsil: Ali təhsil(Maliyyə,mühasibatlıq)
- Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;
- Vergi uçotu sahəsində biliklər;
- MS Office proqramları biliyi;
- Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti.
- Əmək haqqı: Əmək bazarında rəqabətə davamlıdır.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi;
- 5 günlük iş qrafiki.
Müraciət qaydaları: CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...