Xərclər üzrə Nəzarətçi (Cost Controller
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Zeta Group şirkəti Xərclər üzrə Nəzarətçi (Cost Controller) vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə tələblər:

  • Yaş: 20-40
  • Təhsil: Ali olması üstünlükdür.
  • İş təcrübəsi: minimum 1 il iş təcrübəsi. (anbar-istehsal sahəsində olması üstünlükdür)
  • Dil bilikləri: Azərbaycan (əla), Rus və inglis dili bilikləri üstünlükdür
  • Kompyuter bilikləri: MS Excel (əla), 1С (işləmə məntiqi barədə anlayışı olan)

Şəxsi keyfiyyətlər:

  • Yüksək riyazi və məntiqi təfəkkür
  • Analiz etmə bacarığı
  • Dəqiqlik və diqqətlilik
  • Komandada işləmə bacarığı
  • Maliyyə hesabatçılıq qabiliyyəti

Əsas vəzifə öhdəlikləri:

  • Yeməkxanın satışlarının sistemə daxil edilməsi (1C ERP Sistem)
  • Xüsusi hazırlanmış cədvəldə aylıq xərclər üzrə hesabatın hazırlanması
  • Mətbəx və bar nöqtələrində satılan mallarının gündəlik yoxlanışı
  • Həmin satışların proqram vasitəsilə restoran üzrə silinməsi
  • Yeməkxananın xərclər üzrə hesabatın gündəlik hazırlanması
  • İstifadəyə yararsız malların yoxlanılması, aktlaşdırılması və sistemdən silinmə əməliyyatın yerinə yetirilməsi
  • 1C ERP sistemində dövriyyənin yenilənməsinə nəzarət
  • Anbardan işçi yeməkxanasına istifadə edilən malların sistemə daxil edilməsi
  • Aylıq mətbəx və barların mal sayımında iştirak etmək və sayılmış malların sistemə daxil edilməsi
  • Düzgün məhsul/xidmətlərin gözlənilən maya dəyəri ilə alındığından əmin olmaq üçün fakturaların təhlil edilməsi
  • Şirkət tərəfindən çəkilmiş bütün xərclərin təsdiq olunmuş Büdcə ilə bərabər olmasını yoxlamaq
  • Audit hesabatları da daxil olmaqla, Maliyyə şöbəsi tərəfindən verilmiş bütün aylıq maliyyə hesabatları, xərclər üzrə hesabat, büdcə və proqnozlaşdırma hesabatlarının düzgünlüyünə nəzarət etmək. Müntəzəm olaraq aylıq sınaq balansını gözdən keçirmək
  • Məhsulun vahid dəyərinin təhlilinə nəzarət etmək və xərclərin azaldılması ilə bağlı olan sahələri müəyyənləşdirmək və məsləhət vermək.

İş şərtləri:

  • İş vaxtı 09:00 – 18:00 (zərurət yarandıqda qeyri – iş vaxtı tapşırıqlar verilə bilər)
  • İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir

Maraqlanan şəxslər öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)

Oxşar vakansiya siyahısı:

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə