Qısa məzmun
Ə/h 600 AZN. Papa John’s Xərclər üzrə Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Gündəlik və aylıq hesabatlar tərtib edilməlidir.
Papa John’s Azərbaycan, tanınmış Amerika brendi olan, “Ən yaxşı inqrediyentlərdən istifadə edərək “Ən yaxşı pizza” şüarı ilə addımlayan, pizza restoranlar şəbəkələri üçün “Mühasib” vakansiyası elan edir:
Tələblər:
- Qeyd edilən sahədə iş təcrübəsi minimum 2 il
- Ali təhsil
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
- Microsoft Office və 1C proqramlarında sərbəst işləmə bacarığı
- e-gov.az, e-taxes.gov.az və digər aidiyyətı üzrə portallarda işləmə bacarığı
- Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
- Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirə bilməli
- Elektron qaimələr, bank köçürmələri və.s biliklər
- Azərbaycan və Rus dillərini səlis bilmək, İngilis dilini bilməsi arzuolunandır
Öhdəliklər:
- Bank ödənişlərinin həyata keçirilməsi və mühasibatlıq sistemə daxil edilməsi.
- E-qaimələrin gündəlik nəzarəti və təsdiqi.
- Bank və ƏDV hesabları üzrə balanslara nəzarət.
- Müqavilə və ödəniş sənədlərinin düzgün qaydada yığılması.
- Müdriyyət tərəfindən müxtəlif maliyyə tapşırıqları.
İş Şərtləri:
- Ə/H 600 AZN və namizədin təcrübəsinə əsasən dəyişiləcəkdir.
- 5 günlük iş həftəsi (saat 10:00-19:00)
- Rabitə xərclərinin şirkət tərəfindən ödənilir.
- İş yeri şəhərin mərkəzində yerləşir
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “ Xərclər üzrə Mühasib” mövzusu altında hr@papajohns.az elekton ünvanına göndərə bilərlər
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...