Qısa məzmun
Alyans Tekstil Xarici satınalmalar üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Təchizatla bağlı daxil olan sorğuların icrası;
- Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması;
- Təchizatçılarla danışıqların aparılması və uyğun təchizat şərtlərinin müəyyən edilməsi;
- Təchizat planına uyğun alışların həyata keçirilməsi;
- Beynəlxalq satınalmalar zamanı sənədləşmənin düzgün tərtib olunmasına və toplanmasına nəzarət olunması.
- Xarici bazar üzrə araşdırma, qiymətləndirmə aparmaq və optimallaşdırmaq üçün təkliflər vermək;
- Material və məhsulların texniki məlumatlarının araşdırılması və müqayisə olunması;
- Daxil olan satınalma sifarişlərinin vaxtında və keyfiyyətli həyata keçirmək
Namizədə olan tələblər:
- Ali təhsil;
- Təchizat sahəsində min. 3 il iş təcrubəsi;
- MS Office proqramlarını bilməli;
- Azərbaycan, ingilis və rus dilləri – yüksək səviyyədə;
- Təchizat prosesini mükəmməl şəkildə bilmək.
İş şərtləri:
- İş yeri: Sumqayıt şəhəri
- İş rejimi: 5 günlük 08:30-17:30
- Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.
Uyğun namizədlərin öz CV-lərini mövzu hissəsinə “Təchizat üzrə menecer” yazmaqla elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Anbardar
Cronos Construction Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...
Təchizat bölməsinin kiçik mütəxəssis
GESCO ASC Təchizat bölməsinin kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı anbardar
Zəfər Bağları” MMC Aparıcı anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...