Qısa məzmun
Grand Motors Xarici satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Komanda şəklində işləmə bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Satınalma Prosesini vaxtında, prosedur və qaydalara uyğun olaraq icra etmək.
- Bazarın təhlili,tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması.
- Ən uyğun təchizatçıların seçimi,yazışmaların və danışıqların aparılması,görüşlərin təşkili.
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması,hazırlanması və həyata keçirilməsinə nəzarət.
- Alışların təsnifata uyğun olmaqla bölgüsünün aparılması, ümumi və təsnifata uyğun aylıq yarım illik və illik olmaqla müəyyən vaxt intervallarında hesabatların hazırlanması, təqdimatı.
- Tabe olduğu rəhbərliyi tərəfindən verilən tapşırıqların vaxtlı-vaxtında icrasının təşkili və təmin edilməsi.
- Təchizatçı bazasının yaradılması ve təchizatçıların qiymətləndirilməsi.
- Hesabatların hazırlanması və analizi.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Satınalma və təchizat sahəsində ən azı 1 il iş təcrübəsi;
- Analitik və alqoritmik düşünmə qabiliyyəti;
- Texniki sənədlərin tərtibi: vacibdir
- Microsoft Office proqramları
- Komanda şəklində işləmə bacarığı;
- İngilis dili- əla, Rus dili- yaxşı səviyyə
- İşgüzarlıq, operativlik və icra etdiyi işə görə cavabdehlik
İş şərtləri:
- 6 günlük iş həftəsi
- Ünvan: Binəqədi şossesi, Mədən küçəsi 4
- Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir
Maraqlanan namizədlər mövzu yerində “Xarici Satınalma üzrə mütəxəssis” yazmaqla öz CV-lərini hr-cv@grandmotors.az ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Universal PRO Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Zəfər Bağları” MMC Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...