Xarici Satınalma üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Az-Granata MMC Xarici Satınalma üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan və Rus dili orta səviyyədə bilməlidir.

ÖHDƏLİKLƏR:

  • Xarici Təchizatçıları araşdırmaq, arasından seçim etmək və təchizatçı bazasını daim yeniləmək;
  • FMCG sektorunda xarici təchizat bazarının daim araşdırılması, xərclərin və təchizat şərtlərinin yaxşılaşdırılması üçün yeni təchizatçıların tapılması;
  • Xarici və yerli təchizatçılar ilə endirimlər və sərfəli kredit şərtləri də daxil olmaqla bütün şərtlər barədə danışıqların aparılması;
  • Satın alınmış xammal, mal və materialların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin xarici təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək;
  • Şirkətin bütün təsdiqlənmiş tələbnamələrini əlaqələndirmək;
  • Şirkətin satınalma əmrlərinə nəzarət etmək;
  • Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət etmək;
  • Üçüncü şəxslər ilə imzalanan müqavilələrin detallarını və xərclərini uzlaşdırmaq;
  • Şirkət əməkdaşları ilə təchizatla bağlı yazışmaların aparılması;
  • Şirkətin inzibati və qeydiyyat işlərinin tələblərinə riayət etmək;
  • Təchizatla bağlı iclaslarda iştirak etmək;
  • Satınalmaların aidiyyatı şəxslərə çatdırılması barədə hesabat vermək;
  • Tələb olunduqda daşınma və gömrük işlərində yardım göstərmək.

TƏLƏBLƏR

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Oxşar vəzifə öhdəlikləri üzrə azı 5 il iş təcrübəsi;
  • Təşkilatçılıq bacarığı;
  • Sərbəst qərar verə bilmək bacarığı;
  • İşlərin vaxtında yerinə yetirilməsini təmin etmək;
  • Güclü şifahi ünsiyyət qurmaq bacarığı;
  • Kompüter biliyi: MS Office;
  • Azərbaycan, İngilis və Rus dillərində səlis danışıq və yazışma.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@moderngorup.az elektron ünvanına mövzu hissəsində vəzifənin adını “Xarici Satınalmalar üzrə menecer” qeyd etməklə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı