Xaricdə Təhsil Proqramları üzrə Menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kaspi Təhsil Şirkəti Xaricdə Təhsil Proqramları üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir.

Minimum vakansiya tələbləri:

  • Ali təhsil;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərində səlis danışmaq və yazmaq bacarığı, Rus dili üzrə yaxşı səviyyədə biliklər arzuolunandır;
  • MS Office proqramlarından yüksək istifadə bacarığı.

Tələb olunan bilik və bacarıqlar:

  • Dəqiqlik, düzgünlük, etibarlılıq və məsuliyyətlilik;
  • Yüksək ünsiyyət bacarığı;
  • Analitik təhlil və qərar qəbuletmə qabiliyyəti;
  • Rəsmi və işgüzar danışıqlar və yazışmalar aparmaq bacarığı;
  • Müştərilərlə işləmək bacarığı;
  • Təşkilatçılıq və təqdimat bacarıqları.

Vəzifə öhdəlikləri:

Xaricdə təhsil bölməsinin bütün xidmət və faəliyyətlərini effektiv şəkildə icrasını təmin və idarə etmək;

  • Xaricdə təhsil bölməsinin illik fəaliyət planını hazırlamaq, həmin plana əsasən fəaliyyəti qurmaq və hesabat vermək;
  • Xarici universitetlərin proqramlarını və yeni partnyorluq əlaqəlirini genişləndirmək məqsədi ilə müntəzəm şəkildə araşdırmaq və izləmək;
  • Yeni əməkdaşlıqlarla bağlı araşdırmalar edərək təkliflər hazırlayıb rəhbərliyə təqdim və müzakirə etmək;
  • Ölkə üzrə keçirilən müvafiq tədbirlərdə “Kaspi” Təhsil Şirkətini təmsil etmək;
  • Xaricdə təhsil, yay məktəbləri, dil kursları və digər aidiyyatı xidmətlərin tanıdılması və müştərilərin cəlb edilməsi istiqamətində fəaliyyət göstərmək;
  • Yaranmış və ya yarana biləcək çətinlikləri vaxtında və tam şəkildə aradan qaldırmaq və ehtiyac olduğu halda bu barədə birbaşa rəhbəri məlumatlandırmaq;

Əlavə məlumatlar:

  • İş yeri: “Kaspi” Təhsil Şirkətinin Baş Ofisi
  • Elan tarixi: 11.2021
  • Son müraciət tarixi: 11.2021
  • Maraqlananlar  İşə müraciət formasında  ( https://www.kaspi.edu.az/career/) Xaricdə Təhsil Proqramları üzrə Menecer  vəzifəsini seçməklə müraciət edə bilərlər.
  • Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...