Xammal və köməkçi materiallar üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər QrupuXammal və köməkçi materiallar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İngilis və rus dillərinə üstünlük verilir.

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

  • Vəzifə: Xammal və köməkçi materiallar üzrə mütəxəssis

    İş yeri: Bakı şəhəri, Ulduz Şokolad Fabriki
    İş təcrübəsi: Minimum 1 il satınalma sahəsində iş təcrübəsi (İstehsalat sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
    Təhsil: Ali təhsil
    Yaş həddi: 21-35
    Cinsi: Qadın

İşin Təsviri:

  • Şirkət adından kommersiya məqsədli xammalların, köməkçi materialların və ehtiyat hissələrinin alınması üzrə fəaliyyəti həyata keçirir.

Vəzifə öhdəlikləri:

  • Planlama şöbəsinin xammal və köməkçi material və Mühəndislik Xidməti şöbəsininin ehtiyat hissə və avadanlıq tələbləri əsasında daxili və xarici bazarı araşdırmaq, monitorinq aparmaq, tədarükçülərlə əlaqələr qurmaq və danışıqlar aparmaq;
  • Satın alınması üçün nəzərdə tutulan məhsul nümunələrinin gətirilməsini təşkil etmək;
  • Satın alınması nəzərdə tutulmuş malların alışları barədə qiymət danışıqlarını aparmaq, razılaşmaların ən sərfəli şərtlərdə müəyyən olunmasına çalışmaq;
  • Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq;
  • Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək;
  • Satınalma müqavilələrini hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq;
  • Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək;
  • Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün mühasibatlığa ötürmək;
  • Ödəniş olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun göndərilməsini nəzarətdə saxlamaq;
  • Göndərməni gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat vermək və müvafiq göstərişə əsasən dımlar atmaq;
  • Xarici bazarlarda yeni mallar üzrə araşdırmalar aparmaq, satınalmalar üzrə daha səmərəli təkliflər hazırlayaraq rəhbərinə təqdim etmək;
  • Fəaliyyətinə həvəslə yanaşmaq, yaradıcı, enerjili, intizamlı olmaq, partnyorlarla münasibətdə yüksək ünsiyyətqurma qabiliyyəti nümayiş etdirmək, fəaliyyəti ilə bağlı yeni biliklər və təcrübə toplamaq, sosial təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmaq;
  • Hər həftə təyin olunmuş gündə yükləmə məlumatlarını proqram təminatına daxil etmək, yüklərin hərəkətini izləmək, mütəmadi olaraq rəhbərinə məlumat vermək;

Tələblər:

  • Komanda ilə işləmə bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilməli;
  • Microsoft Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı;
  • Məsuliyyətli, təmkinli və diqqətli;
  • Analitik təhlil və problem həlletmə bacarığı;
  • Microsoft Office (Word, Excel, PowerPoint və Outlook) proqramlarında biliklər;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur və Əmək bazarında rəqabətə davamlıdır.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: career@ulduz.com.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Xammal və köməkçi materiallar üzrə mütəxəssis” yazmaqla CV göndərərək müraciət edilir.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı