Xadimə
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. PAŞA Sığorta Xadimə vəzifəsi üzrə vakansiya elan edir. Rus dili biliyi arzu olunandır.

Vəzifə və Öhdəliklər:

  • Ofis daxili və xarici səliqəsini və təmizliyini təmin edilməsi;
  • Otaqlar, dəhliz, mətbəx, yemək otağı, iclas otağı da daxil olmaqla ofisin səliqəyə salınması və təmizlənməsi, döşəmənin silinməsi, mebel, təşkilati texnika və stolların üstünün tozunun alınması, həmçinin, şüşələrin, qapıların və şüşə arakəsmələrin təmizlənməsi daxil olmaqla səhərlər ofisin təmizlənməsi;
  • Hər gün işə gələndə təmizləyici vasitələrin mövcudluğunun nəzərdən keçirilməsi və onların kifayət qədər olmadığı halda İnzibati Departamentin müvafiq məsul işçisinə dərhal xəbər verilməsi;
  • Mətbəx və yemək otağının təmizliyinin təmin edilməsi, mətbəx və yemək otağında olan qab-qacaqların vaxtaşırı yuyulması;
  • Şirkət işçilərinin vaxtına qənaət etmək məqsədilə gün ərzində işçilər üçün təzə dəmlənmiş çay təşkil edilməsi;
  • Keyfiyyətə zərər yetirmədən təmizləyici vasitələrə qənaət edilməsi və onlardan məqdəsəuyğun istifadə edilməsi, ehtiyyat təmizləyici vasitələri bağlana bilən yerdə saxlanılması və açar ilə bağlanması;
  • Təmizləyici vasitələrin ehtiyatına daimi nəzarət edilməsi və onların alınması üçün İnzibati Departamentin müvafiq məsul işçisinə vaxtında (bir neçə gün əvvəldən) məlumat verilməsi;
  • Hər gün səhər və gün ərzində iclas otağında içməli suyun olmasının yoxlanılması;

BACARIQLAR

  • Çeviklik;
  • Dürüstlük;
  • Ünsiyyətqurma qabiliyyəti;
  • Rus dili biliyi arzu olunandır.

Yaxşı ünsiyyət qurmaq qabiliyyəti. Son müraciət tarixi: 29 fevral, 2020.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Oxşar vakansiya siyahısı:

450₼
Xadimə

CMT Group MMC Xadimə üzrə vakansiya elan edir. ...

CMT Group MMC

24.04.2024 - Bakı