WMS Operator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Logist LLC WMS Operator vəzifəsi üzrə vakansiya elan edir. Logistika sahəsində minimum 1 illik iş təcrübəsi tələb olunur.

Vəzifənin öhdəlikləri:

  • Anbara daxil olan qəbul sənədlərini çap etmək və təyin olunmuş prosedurlara uygun
  • Qəbul sənədlərinin qəbul üçün terminala göndərmək
  • Mallarin qəbul gedişatına nəzarət etmək
  • Malların sistem tərəfdən düzgün qəbul olunmasına nəzarət etmək (istehsal tarixi, partiya və plan üzrə sayları)
  • Qəbul olunmuş malların anbarda sistemlə yerləşdirilməsini təşkil edib nəzarət etmək
  • ERP və ya başqa məlumat mənbəyindən WMS-ə sifarişləri yükləmək
  • Yığılmalı olan sifarişlər haqqında daim məlumat toplamaq, terminallara göndərilməsi və tam hazırlanmağına nəzarət etmək
  • Sifariş üçün yığım zonasında çatmayan malları operativ şəkildə saxlanma xanalardan endirmək üçün tapşırıqlar yaratmaq
  • İşçilərin aktivliyinə nəzarət etmək və anbar müdirləri ilə daim əlaqədə olmaq
  • Anbarda istifadə edilən hesabatları sistemdə hazır edib təqdim etmək
  • WMS sisteminin anbarda tam qaydası ilə işlənməsinə nəzarət etmək və bütövlüyünə cavabdeh olmaq.
  • Anbar işçilərinin istifadə etdiyi avandanlıqları təhvil təslim etmək.

Şərtlər:

  • Əmək haqqı : Namizədə uyğun olaraq 400 – AZN başlayaraq
  • İş qrafiki : Həftə içi 9:00 – 18:00, Şənbə 9:00 – 14:00, İstirahət günü – Bazar
  • AR qanunvericiliyinə əsasən sənədləşmə
  • Şirkət nömrəsi ilə təmin olunma

Namizədə tələblər:

  • Ali təhsil
  • logistika sahəsində minimum 1 illik iş təcrübəsi
  • Microsoft Office proqramlarında işləmə bacarığı
  • Rus və İngilis dillərinin olması arzuolunandır
  • Şifahi və yazılı ünsiyyət qurma bacarığı
  • Lökbətan qəsəbəsi ərazisində yaşaması arzuolunandır

Maraqlanan namizədlərdən öz CV-lərini ulker.sadigova@logist.az poçt ünvanına, mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər.Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Oxşar vakansiya siyahısı:

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı