WMS Operator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Logistika üzrə sürətli inkişaf edən Logist şirkəti komandasına yeni üzvlər axtarışındadır.Logist MMC anbar və ofisi Bakıda yerləşən logistika üzrə hər növ (tam tsikl) xidmət təklif edən müştəri yönümlü şirkətdir.

Logist MMC müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələr üçün logistika xidmətlərini təklif edir. Buraya:

  • Beynəlxalq daşınma;
  • Gömrüklə bağlı sənədləşmə işləri;
  • Yüklərin anbarlarda saxlanılması;
  • Malların çatdırılmaya hazırlığı və çatdırılması;
  • Yüklərin mənzil başına düzgün sayda və keyfiyyətdə təhvil verilməsinin təşkil edilməsi kimi kompleks xidmətlər daxildir.

Vəzifənin öhdəlikləri:

  • Anbara daxil olan qəbul sənədlərini çap etmək və təyin olunmuş prosedurlara uygun işlərin icrası
  • Qəbul sənədlərini qəbul üçün terminala göndərmək
  • Malların qəbul gedişatına nəzarət etmək
  • Malların sistem tərəfdən düzgün qəbul olunmasına nəzarət etmək (istehsal tarixi, partiya və plan üzrə sayları)
  • Qəbul olunmuş malların anbarda sistemlə yerləşdirilməsini təşkil edib nəzarət etmək
  • ERP və ya başqa məlumat mənbəyindən WMS-ə sifarişləri yükləmək
  • Yığılmalı olan sifarişlər haqqında daim məlumat toplayıb, terminallara göndərilməsi və tam hazırlanmağına nəzarət etmək
  • Sifariş üçün yığım zonasında çatmayan malları operativ şəkildə saxlanma xanalardan endirmək üçün tapşırıqlar yaratmaq
  • İşçilərin aktivliyinə nəzarət etmək və anbar müdirləri ilə daim əlaqədə olmaq
  • Anbarda istifadə edilən hesabatları sistemdə hazır edib, təqdim etmək
  • WMS sisteminin anbarda tam qaydası ilə işlənməsinə nəzarət etmək və bütövlüyünə cavabdeh olmaq
  • Anbar işçilərinin istifadə etdiyi avandanlıqları təhvil-təslim etmək.

Şərtlər:

  • Əmək haqqı : Namizədə uyğun olaraq 400 – AZN başlayaraq
  • İş qrafiki : Həftə içi 9:00 – 18:00, istirahət günü – şənbə, bazar
  • AR qanunvericiliyinə əsasən sənədləşmə
  • Telefon danışıq haqqının verilməsi

Namizədə tələblər:

  • Ali təhsil
  • Microsoft Office proqramlarında işləmə bacarığı
  • Rus və İngilis dillərinin olması arzuolunandır
  • Şifahi və yazılı ünsiyyət qurma bacarığı
  • Lökbətan qəsəbəsi ərazisində yaşaması arzuolunandır

Maraqlanan namizədlərdən öz CV-lərini ulker.sadigova@logist.az poçt ünvanına, mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər.Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Oxşar vakansiya siyahısı:

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı