Qısa məzmun
PASHA BankWealth Management Product Owner vəzifəsi üzrə vakansiya elan edir.
Bizimlə Siz əldə edəcəksiniz:
- Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
- Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
- Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
- Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
- Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)
İşiniz nədən ibarətdir?
- Ticarət planını digər cavabdeh tərəflərlə həyata keçirməyə kömək edəcək Özəl Bankçılıq məhsullarının yaradılması;
- Əsas tərəfdaşlar və məhsul sponsorları ilə əlaqənin qurulması;
- Məhsullar üçün istifadəçi hekayələrinin toplanması və təhlili;
- Məhsullar üçün qəbul meyarlarının yaradılması;
- Müştəri yol xəritəsinin və məhsul yol xəritəsinin hazırlanması;
- Məhsulların yaradılmasına görə məsuliyyət və yüksək müştəri məmnuniyyətinin təmin edilməsi;
- Yeni və mövcud məhsulların dəyərinin artırılması;
- Müştərilərə təqdim olunan özəl bank məhsullarının yüksək keyfiyyətinin təmin edilməsi;
- Orta və arxa ofis, çağrı mərkəzi və filiallar vasitəsilə özəl bankçılıq məhsullarının düzgün iş prinsipinin təmin edilməsi;
- Məhsul və xidmətlər üçün qiymət, tarif və ödəniş təkliflərinin verilməsi;
- Ümumi satış və məhsul strategiyasının inkişafının təmin edilməsi;
- Məhsul səviyyəsində kommersiya planlaşdırma və büdcələşdirmənin inkişaf etdirilməsi;
- Satış göstəricilərinin izlənilməsi və məhsula görə satış hədəflərinə çatmaq üçün lazımi tədbirlərin görülməsi;
- Cari iş fəaliyyətinin müntəzəm monitorinqi və analitik məqsədlər üçün lazımi məlumatların təqdim edilməsi;
- Müvafiq məlumatlara əsaslanaraq potensial dəyişikliyin müəyyən edilməsi;
- Bazar dəyişikliyi ilə əlaqədar profilaktik tədbirlərin görülməsi;
- Müvafiq şöbələrlə sıx əməkdaşlıq şəraitində məhsul səviyyəsində marketinq işlərinin idarə edilməsi;
- Digər şöbələr və maraqlı tərəflərlə səmərəli ünsiyyət və əməkdaşlıq prosesinin qurulması;
- Xarici təşkilatlar və digər tərəfdaş təşkilatlarla əlaqələrin inkişafı;
- Mövcud məhsul portfelinə yenidən baxılması və məhsul portfelini yeniləmək üçün trendlərin öyrənilməsi;
- Məlumatların məxfiliyini qorumaq və təmin etmək üçün bütün lazımi tədbirlərin görülməsi;
- Alternativ investisiya bankçılıq məhsullarının inkişafı ilə əlaqədar investisiya funksiyaları ilə əməkdaşlıq;
- Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək və iş prosesində yaranan risk faktorlarının vaxtında müəyyənləşdirib aradan qaldırılması;
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
- İş təcrübəsi: 1-2 il
- Lisenziya / Sertifikat: CFA 1
- Xarici dillər: İngilis, Rus
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Bank məhsulları, Özəl Bankçılıq, Maliyyə
- Bazar üzrə biliklər: Bank qanunvericiliyi, bazar tendensiyaları, maliyyə bazarları, maliyyə məhsulu və xidmətləri, sərvətin idarə edilməsi, maliyyə konsaltinqi haqqında anlayış
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Sərvətin İdarə Edilməsi üzrə Məhsul Sahibi” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...