Videoqraf – montajçı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. OBA marketlər şəbəkəsi Videoqraf-montajçı vəzifəsi üzrə vakansiya elan edir. Servis şirkət tərəfindən təmin edilir.

Namizədə dair tələblər:

  • Təhsil: Texniki peşə və ya ali (dizayn, vizual kommunikasiya və kinematoqrafiya üzrə təhsil arzuolunandır)
  • Kompüter bilikləri: Adobe Premiere, Corel draw, Photoshop, After Effects proqramlarında işləmək bacarığı (Adobe Illustrator bilməsi arzuolunandır);
  • Müvafiq sahədə 2-3 il iş təcrübəsi (Reklam və promo çarxlar hazırlamaq, foto vә videoçәkilişləri aparmaq);
  • Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq

Vəzifə öhdəlikləri:

  • Şirkətin sosial şəbəkə səhifələri üçün foto və video materialların çəkilişini həyata keçirtmək;
  • Videoların montajları yüksək peşəkarlıqla edilməsi;
  • Video materialları, reklam və sosial çarxları montajlayıb hazırlamaq;
  • Şirkətin müxtəlif tədbirlərinin foto və video çəkilişlərini aparmaq;
  • Multimedia məhsulları hazırlamaq;
  • Motion qrafik dizayn işləri görmək;
  • Lazım gəldikdə sosial şəbəkələr üçün posterlər hazırlamaq.

Əlavə təminatlar:

  • Nahar şirkət tərəfindən verilir;
  • Korporativ nömrə ilə təmin edilmə;
  • Servis şirkət tərəfindən təmin edilir;

İş qrafiki:

  • İş saatları – 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Videoqraf-montajçı ” yazaraq cv@oba.com.az ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Qrafik Dizayner

CMT Group MMC Qrafik Dizayner üzrə vakansiya elan edir. ...

CMT Group MMC

14.05.2024 - Bakı