Videoqraf
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Baku Electronics Videoqraf vəzifəsi üzrə vakansiya elan edir.

Baku Electronics 28 mağaza, onlayn satış və ölkə üzrə diller şəbəkəsi olaraq Qafqaz regionunun ən böyük istehlakçı elektronikası üzrə pərakəndə satış şirkətlərindən biridir. Marketinq Departamenti üzrə hal-hazırda “Videoqraf” vakansiyası mövcuddur!

Vəzifə öhdəlikləri:

  • Şirkətin vizual və rəqəmsal kontentinin yaradılmasında iştirak etmək
  • Şirkətin sosial şəbəkə hesabları üçün video materialların çəkilişini həyata keçirmək
  • Təqdim olunan material və kontentlər əsasında şirkətin marketinq strategiyasına uyğun videoları hazırlamaq və təqdim etmək
  • Video materialları, reklam və sosial çarxları montajlayıb hazırlamaq
  • Şirkətin təşkil etdiyi müxtəlif tədbirlərin video çəkilişlərini standartlara uyğun şəkildə həyata keçirmək
  • Şirkətin kreativ sahədə işinin effektivliyini artırmaq məqsədi ilə təkliflər və təşəbbüslər irəli sürmək
  • Şirkətin veb saytı üçün müvafiq video materialları hazırlamaq
  • Hazırlanan video materiallara düzəlişlər etmək üçün müvafiq proqramlardan istifadə etmək
  • Videoların hazırlanması üçün vacib olan kompüter dəstəkli proqramlardan düzgün şəkildə istifadə etmək

Tələblər:

  • Müvafiq vəzifə üzrə 1-2 il iş təcrübəsi
  • Qrafik proqramlarında işləmək
  • Reels & TikTok video trendlərini izləmək
  • Fərqli və kreativ portfolioya sahib olmaq

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Videoqraf” qeyd etməklə cv@bakuelectronics.az e-mail ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...