Video Montajçı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Barattson School of Business & Finance Video Montajçı vəzifəsi üzrə vakansiya elan edir.

Barattson Biznes və Maliyyə Məktəbi – 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.

Barattson “Video Montajçı” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri:

  • Qrafiklərə uyğun olaraq təlimlərin,tədbirlərin çəkilişlərini aparmaq və vaxtıda montaj olunmaqla təhvil vermək
  • Sosial şəbəkər üçün uzun və qısa metrajlı videolar çəkmək
  • Tapşırılan işlərin vaxtında, keyfiyyətli həll olunmasını təmin etmək
  • Rəhbərliyə görülən işlərlə bağlı müvafiq hesabatları təqdim etmək

Əsas tələblər:

  • Yenilikləri tətbiq etmək bacarığı
  • Reklam roliki, promo videolar hazırlama tәcrübәsi
  • Kreativ düşüncә
  • İnkişafa meyilli
  • Məsuliyyətli və kollektivə uyğun olmalı
  • Adobe Photoshop, Adobe Premier Pro,Adobe After Effects, DaVinci, movavi video editor proqramlarında işləmək bacarığı.
  • Digər proqramlar:Whiteboard Animation (Doodle)və çəkiliş üçün şəxsi avadanlığın olması üstünlükdür

İş qrafiki:

  • 11:00-19:00
  • 6 günlük iş rejimi, bazar günü istirahətdir
  • Əmək haqqı: 500+ (təcrübəsindən və işinin keyfiyyətindən aslı olaraq)
  • Namizədlərdən CV formaların vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Video Montajçı”qeyd olunmaqla göndərməkləri xahiş olunur.
  • Qeyd seçim prosesində namizədlərə çəkilişlə bağlı tapşırıqlar veriləcək.
  • CV-nin son göndərilmə tarixi: 15 İyul 2021 ci il.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...