Verilənlər bazası üzrə aparıcı mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Elektron Hökumətin İnkişafı Mərkəzi Verilənlər bazası üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs “Verilənlər bazası üzrə aparıcı mütəxəssis” vakansiyasını elan edir!

Ölkəmizin rəqəmsallaşma siyasətinə öz böyük töhfəsini verən Elektron Hökumətin İnkişafı Mərkəzi verilənlər bazası üzrə aparıcı mütəxəssis axtarışındadır.

Müvafiq sahə ilə bağlı bilik və təcrübələrini ən müasir, yaradıcı və peşəkar mühitdə daha da inkişaf etdirmək istəyən hər bir kəs Elektron Hökumətin İnkişafı Mərkəzinin inklüziv ailəsinin bir parçası ola bilər.

Verilənlər bazası üzrə aparıcı mütəxəssisin gözlənilən fəaliyyətinə aşağıdakılar daxildir:

  • Sistemin sazlığının və performansının izlənilməsi;
  • Verilənlər bazası serverlərinin və proseslərinin konfiqurasiya edilməsi və qorunması;
  • Yüksək səviyyəli performansın, mövcudluğun, davamlılığın və təhlükəsizliyin təmin edilməsi;
  • Problemlərin real vaxtda təhlili və aradan qaldırılması;
  • Problemlərin həllərinə və sistemin inkişafına müsbət təsir edə bilən yeniliklər üçün təkliflərin verilməsi;
  • Mütəmadi prosesləri dəqiqləşdirmək, avtomatlaşdırmaq, problemləri izləmək və dəyişiklikləri sənədləşdirmək;
  • Sorğu tənzimlənməsi və şemanın dəqiqləşdirilməsi ilə inkişaf etdiricilərə kömək etmək;
  • Kritik sistemlərə 24×7 dəstək olunması
  • Verilənlər bazasında proflaktik işlərin planlaşdırılması və qeyri-iş saatlarında bu planların həyata keçirilməsi.

TƏLƏB OLUNUR:

  • İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları, iqtisadiyyat və idarəetmə qrupu ixtisas üzrə ali təhsili olanlara üstünlük verilir;
  • İngilis və rus dilləri üzrə biliklər;

Əsas texniki biliklər:

  • MS SQL Server DBA kimi minimum 3 illik təcrübə;
  • PostgreSQL Verilənlər bazası ilə təcrübə;
  • Yedəkləmə, bərpa və bərpa modelləri ilə iş təcrübəsi;
  • SQL Server üçün Yüksək Əlçatanlıq (HA) və Fəlakət Qurtarma (Disaster Recovery) seçimləri ilə iş təcrübəsi.

Davranış bacarıqları:

  • Peşəkarlıq və məsuliyyətlilik
  • Detallara diqqətcillik
  • Komanda işi
  • Planlama və təşkiletmə
  • Aktiv öyrənmə bacarığı
  • Verilmiş vaxtdan mükəmməl istifadə və idarəetmə bacarığı
  • Problem analiz etmə

BİZ TƏKLİF EDİRİK:

  • Rəqabətə davamlı əmək haqqı
  • Performansa görə mükafatlandırma
  • Tibbi siğorta
  • Zəngin təcrübə və peşəkar inkişaf
  • Müasir standartlara cavab verən işyeri və ən son texnologiyalarla təminat
  • Mehriban və inklüziv mühit
  • Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi (bundan sonra “Mərkəz”) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır. Mərkəz, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəz tərəfindən həmçinin elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B – government to business), biznes-dövlət (B2G – business to government) istiqamətlərində elektron xidmətlərin inkişafı məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilməkdədir.
  • Biz işlərimizi şəffaflıq və dürüstlük çərçivəsində icra edirik.
  • Səmərəlilik bütün planlarımızın məqsədidir
  • İnnovasiyalar bizi daha da gücləndirir
  • Ətraf mühitə və dövlət resurslarına qənaətcil yanaşırıq
  • Siz yox “Biz” prinsipi ilə çalışırıq
  • Ortaq məqsədləri paylaşırıq
  • Təvəzökarlıq komandamızı irəliyə aparır

Bizimlə eyni dəyərləri və məqsədləri paylaşır və karyeranda yüksəlmək istəyirsənsə, EHİM ailəsi olaraq biz səni gözləyirik!

Müraciət üçün

https://www.digital.gov.az/vacancies/69

Oxşar vakansiya siyahısı:

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı