Qısa məzmun
Prosys MMC şirkəti Verilənlər Bazası İnzibatçısı vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Oracle və MSSQL Server verilənlər bazasının quraşdırılması
- Oracle və MSSQL Server verilənlər bazasında verilənlər bazası hazırlanması
- Oracle və MSSQL Server verilənlər bazasında ehtiyat nüsxələrin avtomatik hazırlanmasının saxlanması və buna gündəlik nəzarət
- Verilənlər bazasında məlumatı saxlanan informasiya sistemlərinin/proqramlarının yeni versiyalarının yüklənməsi
- Proqram təminatlarının yeni versiyaları üçün release-lərin hazırlanması
- Yeni releaselərin quraşdırılması
- Proqramçıların hazırladığı SQL-lərin tuning edilməsi
- Verilənlər bazalarının monitoring edilərək performans tuning edilməsi
- Yeni releaselərin test edilməsi
- İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. istirahet günləri: şənbə, bazar
- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq
Namizədə tələblər:
- Oracle və MSSQL Server verilənlər bazası quraşdıra bilmək
- Klaster şəklində verilənlər bazası quraşdıra bilmək
- Oracle və MSSQL Server inzibatçılığını bilmək,
- SQL dilini bilmək
- Analitik düşünmək və problem həll etmək bacarığı
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti
- Kollektiv şüurla komanda şəklində fəaliyyət
- Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq
- Sıralama, konkurent və paralel alqoritmlərlə tanışlıq
- Ümumi alqoritm qurma bacarığı
- Asan ünsiyyət qura bilmək
- İdeyanı strukturlaşdırılmış qaydada təqdimetmə bacarığı
- Verilənlər bazası üzrə sertifikatların olması arzuolunandır
- Ali təhsilli olmaq
- Ən azı 3 illik iş təcrübəsinə malik olmaq
- Texniki ingilis dili (daha yaxşı bilənlərə üstünlük verilir)
- Azərbaycan dilində sərbəst şəkildə danışıq və yazı qabiliyyəti olmaq
- Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Verilənlər bazası inzibatçısı” yazaraq CV formasını hr@prosys.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Business Analyst
ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...
İngilis dili (Data Science üçün )
Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...
Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis
Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)
Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...
HelpDesk (kiçik mütəxəssis)
BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...