Verilənlər bazalarının idarəedilməsi şöbəsinin müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Elektron Hökumətin İnkişafı Mərkəzi Verilənlər bazalarının idarəedilməsi şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir

  • Vəzifə funksiyaları:
  • Tabeliyində olan işçilərin iş yerlərinin vəzifələrinə uyğun təşkil və təmin olunmasına nəzarət edilməsi;
  • Əməkdaşların kvalifikasiyasının yüksəldilməsi üzrə planlamaların aparılması, tədris proseslərinin təşkil edilməsi;
  • Məhsuldar iş üçün lazımi şəraitin yaradılması, şöbənin səviyyəsinin və səmərəliliyinin artırılması üçün tədbirlərin hazırlanması;
  • Şöbədaxili kadr tələblərinin təhlil edilməsi;
  • Şöbədə kadrların seçilməsi və yerləşdirilməsi, şöbənin işçiləri üçün mənəvi və maddi təşviqlər üzrə üst rəhbərliyə təkliflərin təqdim edilməsi;
  • • Şöbənin işçilərinin səlahiyyətinə aid bir sıra məsələlərin müəyyənləşdirilməsi, şöbənin işçiləri arasında vəzifələrin bölüşdürülməsi, zəruri hallarda iş təlimatlarının hazırlanması və nəzərdən keçirilməsi;
  • Şöbənin iş fəaliyyətinin təşkili və nəzarətinin planlaması, digər şöbələrlə iş fəaliyyətinin effektivliyinin qiymətləndirilməsi;
  • Şöbədaxili iş rejimi və qrafiklərin tənzimlənməsi;
  • Verilənlər bazaların təhlükəsizliyinin təmin olunması ilə bağlı işlərin planlaması və təşkili;
  • İnfrastrukturda verilənlər bazalarının təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması;
  • Şöbədaxili işlərin yerinə yetirilməsi, həmçinin verilənlər bazaları üzrə texniki sənədləşmənin hazırlanması;
  • Verilənlər bazalarının inteqrasiyası, miqrasiya işlərinin mərhələli şəkildə planlaması;
  • • İnteqrasiya və miqrasiya proseslərinin hər mərhələsindən sonra və yekunda bazaların təhlil edilməsinin təşkili və nəticələrə uyğun qərarların qəbul edilməsi;
  • Verilənlər bazalarında yeni texnologiyaların tətbiqi ilə bağlı təkliflərin hazırlanması və planlaması;
  • Bazaların təşkili, onun fasiləsiz işinin təmin edilməsi, inteqrasiyası, miqrasiya işlərinin aparılması, yeni texnologiyaların tətbiqi ilə bağlı reqlament sənədlərinin hazırlanması;
  • Strukturun və fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir;
  • Vəzifəsi üzrə departament müdiri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

Tələblər

  • Təhsil və ixtisas:
  • Ali təhsil;
  • Müvafiq ixtisas kursları (üstünlükdür).

Dil bilikləri:

  • Azərbaycan dili (yüksək səviyyədə);
  • İngilis dili (üstünlükdür);
  • Rus dili (üstünlükdür).

İş təcrübəsi:

  • Sahə üzrə iş təcrübəsi minimum 3 (üç) il.

Peşəkar bacarıqlar:

  • ITIL prinsipləri üzrə biliklər;
  • MS SQL, Mongo, MySQL, PostgreSQL DB;
  • Linux, Windows platformalarında verilənlər bazası ilə işləmə;
  • Yüksək yüklü verilənlər bazasının idarə edilməsi;
  • Komandanın idarə edilməsi;
  • Verilənlər bazalarının İT təhlükəsizliyi üzrə biliklər;
  • Database Backup, Restore and Recovery;
  • HA klasterlərin qurulması;
  • Təqdimat bacarıqları;
  • Agile” metodologiyasına uyğun olaraq bilik və işləmək bacarıqları.

Oxşar vakansiya siyahısı:

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı