Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Norm OJSC Vergilər üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. SAP proqramı üzrə biliklər olmalıdır.
Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.
Hazırda şirkətimizə Vergilər üzrə Mütəxəssis tələb olunur.
Tələblər:
- Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil
- Vergilərlə bağlı əlaqədar sahə üzrə 4 ildən artıq iş təcrübəsi
- Azərbaycan və ingilis dillərini peşəsinin tələb etdiyi səviyyədə bilmək
- Microsoft Office və MS Excel proqramları üzrə yüksək səviyyədə istifadə bacarığına malik olmaq
- SAP proqramı üzrə biliklər
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Davamlı inkişaf
- Bütövlük
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
Vəzifə və Öhdəliklər:
- Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması.
- Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi.
- Gəlir vergisi, ƏDV, əmlak vergisi və s. kimi Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi.
- Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması
- Gömrük bəyannamələrinin yoxlanması və izlənməsi
- Nağd pul vəsaitlərinin hərəkəti üzrə hesabat üçün vergi ödənişlərinin hazırlanması.
- Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması.
- Təxirə salınmış vergilərin hesablanması
- Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi
- Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət.
- Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...