Vergi uçotu üzrə Mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. HR OptionVergi uçotu üzrə Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dürüslük, məsuliyyətlilik,çeviklik olmalıdır.

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 3-5 il
Təhsil: Ali iqtisadi təhsil

İşin Təsviri:

  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarətin təmini.

Vəzifə öhdəlikləri:

  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunun, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasının, məhsulun satışının, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;
  • Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
  • Vergi, DSMF, Statistika hesabatlarını təqdim etmək;
  • Vergi tutma məqsədləri üçün gəlir və xərclərin uçotunu aparmaq;
  • Vergi orqanları ilə görüşlərdə iştirak etmək və yazışmalar həyata keçirmək;
  • Debitor və kreditorlarla hesablaşmalara nəzarət etmək.Tələblər:- Vergi Məcəlləsi üzrə biliklərin olması;
  • ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır;
  • Riyazi hesablama aparma və analitik təhlil etmə qabiliyyəti;
  • e-gov.az, taxes.gov.az, gov.az və digər portallardan istifadə etmə bacarığı;
  • MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Maraqlanan namizədlər CV-lərini mövzu başlıq yerinə “Vergi uçotu üzrə Mühasib” yazaraq cv@hroption.az ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə