Qısa məzmun
AVT LogisticsİR Vergi uçotu üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir.
- İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs
- İş təcrübəsi: 1-3 il (Vergi uçotu üzrə 1 il)
- Təhsil: Ali təhsil(İqtisadiyyat,Maliyyə,Mühasibatlıq yönümlü)
- İşin Təsviri: Vergi hesabatlarının tərtib edilməsi.
Vəzifə öhdəlikləri:
- Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
- Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
- Vergi və digər Dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;
- Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
- Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq;
- Daxili müştərək şirkətlərdən və kənar kontragentlərdən üzləşmə hərəkətlərinin alınması, yoxlanması, üzləşdirilməsi və aktlaşdırılıb təsdiqlənməsini həyata keçirmək;
- Aylıq hazırlanmalı olan ƏDV hesabatına məlumatların yığılması, sistemə işlənməsi və paketlənib vergi orqanına göndərilməsini təmin etmək;
- Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
- Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması;
- Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilməsi.
- Bank ödənişlərinin icra edilməsi və bank hesabatlılığı,
- Bank Əməliyyatlarının Logo(Tiger) əks etdirilməsi.
Tələblər:
- Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
- ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır;
- Logo (Tiger) proqram biliyinin olması arzu olunandır.
- E-gov.az,e-taxes.gov.az,stat.gov.az dövlət platformalarında işləmək bacarığı;
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
- Komanda ilə işləmə bacarığının olması;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
- SAP bilikəri üstünlükdür.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Vergi uçotu üzrə mühasib” yazıb göndərməklə müraciət edilir.
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
1000₼
Baş Kredit MütəxəssisiBrand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
700₼
Aparıcı kredit mütəxəssisiƏmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Kredit Mütəxəssisi
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı mühasib
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...