Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Araz Supermarket Vergi uçotu bölmə müdiri üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.
Vəzifə öhdəlikləri:
- Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi;
- Gəlir vergisi, ƏDV, əmlak vergisi və s. kimi Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Xidməti və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması;
- Gömrük bəyannamələrinin yoxlanması və izlənməsi;
- Nağd pul vəsaitlərinin hərəkəti üzrə hesabat üçün vergi ödənişlərinin hazırlanması;
- Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması;
- Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət;
- Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil (Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə);
- Vergi uçotu sahəsində 4 ildən artıq iş təcrübəsi;
- Vergi məcəlləsini bilməli;
- Yüksək səviyyədə MS Excel bilikləri;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Komandada işləmə, ünsiyyət bacarıqlarının olması;
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki.
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Vergi uçotu bölmə müdiri” adını mövzu hissədə qeyd etməklə CV formalarını elcin.ekberov@veyseloglu.az və zaur.mahmudov@retail.az elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...