Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Agro Food Investments LLC Vergilər (vergi müsahibatlığı) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş təsviri:
- Vergi qanunvericiliyindəki dəyişiklikləri müntəzəm izləyərək, portfolio şirkətlərdə proseslərin müvafiq qaydada uyğunlaşmasını həyata keçirmək və nəzarət etmək;
- Vergi, Sosial müdafiə, Statistika və digər maliyyə nəzarət qurumlarına aylıq, rüblük, illik hesabatların və bəyannamələrin yoxlanılması və hazırlanması;
- Vergi və digər ödənişlərin düzgün icrasını monitorinq və təmin etmək;
- Rəsmi dövlət qurumları ilə əlaqədar yazışmalar və müzakirələr aparmaq;
- Vergi planlaması, risklər barədə daimi tədqiqatlar hazırlayıb, təqdim etmək;
- Şirkətdə istifadə edilən avtomatlaşdırılmış proseslərin təkmilləşdirilməsi istiqamətində təkliflər, təşəbbüslərlə çıxış etmək;
- Maliyyə bölməsinin, mühasibat uçotluğunun tələblərindən irəli gələn digər müvafiq tapşırıqları yerinə yetirmək;
Namizədə tələblər:
- Mühasibatlıq, maliyyə, hüquq istiqamətində ali təhsil vəya uzunmüddətli iş təcrübəsi;
- Ali təhsilə malik olduqda, minimum 2-3 il iş təcrübəsi;
- Vergi Məcəlləsi, Mülki, Gömrük məcəllələri, Sosial Sığorta haqqında və əmək qanunvericiliyi barədə biliklər;
- Mühasibat uçotu proqramları (1C arzuolunandır) və MS Ecxel üzrə ali səviyyədə istifadə biliyi;
- Məntiqi və analitik yanaşma;
- Azərbaycan dilində peşəkar səviyyədə yazılı və şifahi nitq qabiliyyəti;
- İngilis və rus dillərində biliklər arzuolunandır.
Qeyd: Məvacib barədə məlumat mütəxəssislik dərəcəsindən asılı olaraq, müsahibəyə dəvətdən öncə vəya müsahibə zamanı müzakirə ediləcək.
Maraqlanan şəxlər öz CV-lərinə mövzu hissəsinə “Vergi” yazmaqla hr@agrofoodinvest.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...