Qısa məzmun
Unimetal Məhdud Məsuliyyətli Cəmiyyət Vergi işləri üzrə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi
- Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması
- Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması
- Mənfəət və zərər hesabatının tərtib edilməsi
- Balans hesabatının tərtibi və vahid formatın hazırlanıb təqdim edilməsi
- Balans maddəsi üzrə digər maddələrin ilkin sənədlərlə yoxlanılması
- Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılması
- Debitorlar üzrə qalıqların yoxlanılması
- Yerli və xarici kreditorlar üzrə daxili hesabatların verilməsi
- Proqnoz balansının hazırlanması
- Kassa kitabına, bank əməliyyatlarına və qaimə-fakturalara nəzarət edilməsi
- Pul vəsaitlərinin hərəkəti hesabatının tərtib edilməsi
Namizədə tələblər:
- Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması
- İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə-kredit sahəsində bakalvr və ya daha yüksək təhsil dərəcəsi
- Maliyyə, mühasibat uçotu, vergi qanunvericiliyi və hesabat və ya digər oxşar sahələrdə minimum 3 il iş təcrübəsi
- Ümumi mühasibat uçotu prinsipləri sahəsinin yaxşı anlayışı
- Vergi konsaltingi sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir
- Microsoft Office (Word, Excel) proqramları üzrə mükəmməl biliyin olması
- Güclü tədqiqat və analitik düşünmə qabiliyyəti və məsələlərin həllində təşəbbüsün göstərilməsi
- Hesabatların hazırlanması və yazı bacarıqları
- Fərdi qaydada və komandada işləmək bacarığına malik olmaq
- Təyin edilmiş vaxta qədər eyni zamanda bir neçə tapşırığı yerinə yetirmək bacarığı
- Yaxşı ünsiyyət qurma bacarığı
İş şəraiti:
- AR Əmək məcəlləsinə uyğun olaraq 6 günlük iş həftəsi (şənbə- yarım gün)
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək haqqı: razılaşma yolu ilə
- Ünvan: Bakı şəh, N.Nərimanov ray., Z.Bünyadov pros.,122A
Namizədlərdən CV-lərini “vergi işləri üzrə məsləhətçi” başlığı ilə göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Aparıcı mühasib
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
1000 — 1800 ₼
MühasibƏ/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
1300₼
Mühasib (Əmək haqqı və ödəmələr üzrə)Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış üzrə mühasib
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...