Qısa məzmun
Ə/h 800-1100 AZN. Abacus Audit And Consulting Vergi uçotu üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmə bacarığı olmalıdır.
Vakansiya barədə məlumat:
- Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
- Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
- Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması;
- Mənfəət və zərər hesabatının tərtib edilməsi;
- Balans hesabatının tərtibi və vahid formatın hazırlanıb təqdim edilməsi;
- Balans maddəsi üzrə digər maddələrin ilkin sənədlərlə yoxlanılması;
- Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılması;
- Debitorlar üzrə qalıqların yoxlanılması;
- Yerli və xarici kreditorlar üzrə daxili hesabatların verilməsi;
- Proqnoz balansının hazırlanması;
- Kassa kitabına, bank əməliyyatlarına və qaimə-fakturalara nəzarət edilməsi;
- Pul vəsaitlərinin hərəkəti hesabatının tərtib edilməsi.
- İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək
Namizədə tələblər:
- Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
- Komanda ilə işləmə bacarığının olması;
- ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır;
- 1C (7.7, 8.2, 8.3) mühasibatlıq proqramında işləmək bacarağı
- Logo Unity proqram biliyinin olması arzu olunandır.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Müraciət qaydaları: CV-ni zemfira.zeynalova@abacusaudit.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Vergi uçotu üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edilir.
Oxşar vakansiya siyahısı:
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...